Şou-biznes

Samir "Diva" qalmaqalından danışdı

9 Yanvar 2019 17:45
3 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Samir Bağırovun "Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin ünvanına dediyi "Diva" sözü müzakirələrə səbəb olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Samirin "Diva" tituluna sahib olan xalq artisti Aygün Kazımovaya söz atdığı bildirilib. S.Bağırov mətbuat katibi vasitəsilə açıqlama yayaraq, məsələyə aydınlıq gətirib. Samir bildirib ki, həmin şərhdən sonra çoxları onun Kazımova ilə aralarının dəydiyini düşünüb, amma elə deyil:

"Çox sevdiyim Səmra Rəhimli haqqında yazdığım şərhin belə bir müqayisə ilə nəticələnəcəyini gözləmirdim. Səmra gələcəkdə "Diva" tituluna potensialının olduğuna inandığım yeganə gənc və gözəl xanımdır. Bu şərhim məhz onu bu yolda ruhlandırmaq və hər zaman ona olan dəstəyimi bildirmək üçün idi. 

Hal-hazırda illərdir dostum olan Aygün Kazımovanın şou-biznesin "Diva"sı olduğunu hər kəs bilir. Onun yeri  əvəzolunmaz, doldurulmaz və dəyərlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.