Şou-biznes

"Toppuş bacı"dan ŞAD XƏBƏR - Aylardır bunu gözləyirdim - VİDEO

26 Dekabr 2018 19:34
32 Şərh     Baxış: 13 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyeva ("Toppuş bacı") yenidən 3 ay sonra ilk müayinəsinin cavabını açıqlayıb.

Milli.Az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisanın ilk müayinəsinin cavabı ürəkaçan olub.

Tünzalə bu barədə "Bizimləsən"də danışıb:

"Mən hər zaman səbr edirəm, zamanını gözləyirəm. Mən aylarla susdum, mənə dəyən daşlara susdum, susdum, susdum... Allahıma təşəkkür edirəm ki, nə yaxşı ki, məni yaxşı insanlarla qarşılaşdırır. Dünən yox sırağagün mən ilk müayinəmə getdim. Turan xanım mənə baxanda dedi "ooo..." Dedim ki, Ay Allah, görən nədir? Aylardır bunu gözləyirdim. Mən "Super" sözünü eşitdim. İlk baxışdan hər şey əla idi.

Sonra gəldim qan analizi və MRT-yə. MRT-nin cavabı 4 saat çəkdi. Doktor gəldi ki, "Yaxşıdır, törəməniz yoxdur".

Davamı videoda:

Videonu izləmək üçün şəklə klikləyin:

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.