Şou-biznes

“Maşın Şou. Hind kinosu”: Qadın bəxti - FOTO

19 Dekabr 2018 12:01
3 Şərh     Baxış: 2 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Maşın şou. Hind kinosu"nu Nərgiz Əliyeva tərk edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da aktrisa şounu tərk edən qadınların cərgəsinə qoşulub.

Lakin bu haqda bir qədər sonra.

İndi isə onu qeyd etmək lazımdır ki, artıq neçənci dəfədir Nazilə Səfərlini ya rəqib seçirlər, ya da seçmək istəyirlər. Hələlik Nazilənin iştirakçıları niyə qıcıqlandırdığı bəlli olmasa da, onun başı üzərində buludların dolaşdığı açıq-aydın görünür.

Nərgiz Əliyeva tamaşaçıların gözü qarşısında bəraət qazanmağa cəhd edib, lakin bu, onda yaxşı alınmayıb. Nazilə Səfərli haqqında isə bunu demək olmaz, onun soyuqqanlı olması heyrət doğurur.

Nəticədə, tamaşaçılar aktrisanı şouda görmək istəməyiblər. Bununla da onlar Nazilə Səfərlini şoudan çıxmaq təhlükəsindən xilas etmiş olublar. Bu, artıq bu gün namizədlər arasında yenidən Səfərli soyadına rast gəlinəcəyinə dəlalət edirmi? Hər şey ola bilər.

O da maraqlıdır ki, son dörd gündə şoudan bir-bir zərif cinsin nümayəndələri çıxır. Bunlar Ruhəngiz Allahverdiyeva, Aysel Nazim, Mina Hüseyn və şounun dünənki qəhrəmanı Nərgiz Əliyevadır. Bu, kişilərin sövdələşməsidir?

"Layihədə özlərini çox hiyləgər sayan qızlar var, inanın, bu, belə deyil. Bir-iki gündən sonra elə tapmaca başlayacaq ki, heç kim ondan qaça bilməyəcək. Onda kimin hansı oyunu oynadığını görəcəksiniz", - Nərgiz Əliyeva fikirlərini bölüşüb.

Ola bilsin ki, səsverməyə layihənin ən yaşlı iştirakçısı olan Allahverdi Yolçuyev çıxarılsın. Onu güclü oyunçu hesab etmirlər, ona görə də öz oyunlarında qurban kimi istifadə edə bilərlər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.