Şou-biznes

"Maşın"da bloqer aparıcıya: "Xoş deyilsə, gedə bilərsən"

19 Dekabr 2018 11:52
1 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" şousunun növbəti buraxılışında aktyor Mənsur Şəriflə aparıcı Sərxan Kərəmoğlu arasında gərgin anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Sərxan Mənsurun bütün günü əsəbi olduğunu və onun ünvanına bəzi sözlər dediyini bildirib:

"Nazilə Səfərliyə oyunçu olaraq burada ehtiyacım var. Amma bilmirəm Mənsur nəsə deyib. Nə deyibsə, desin bilək".

Mənsur isə onu ələ salaraq "Təkrara baxarsan nə demişəm. Dedin ki, maraqlı oyunçular lazımdır. Dedim ki, bizə belə xoşdur. Sənə xoş deyilsə, gedə bilərsən. Əsəbiyəm. Problemim var" sözlərini deyib. 

Sərxan isə ona "Təzyiqin qalxıb, limon suyu gətirək" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.