Şou-biznes

Məlahət-Xatirə qalmaqalına Dilarə də qoşuldu: Geyimimə irad tutsalar... - VİDEO

17 Dekabr 2018 20:44
22 Şərh     Baxış: 8 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Dilarə Əliyeva həmkarı Məlahət Abbasova ilə müğənni Xatirə İslam arasındakı qalmaqala münasibət bildirib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Dilarə Əliyeva bu qalmaqala görə Xatirəni qınayıb: "Məlahət heç də az iş görməyib. Türkiyədə sayılıb seçilən teatrda işləyir. Azərbaycanla Türkiyə arasında bir çox layihələrin yaradıcısı olub. Seriallara çəkilib. Mən qulluqçu rolunu da, şahzadəni də oynamışam.

Düşünürəm ki, geyimimlə bağlı kimsə nəsə desəydi, bu səhvi özümdə axtaram. Cavab vermərəm.

Amma qətiyyən kiminsə oynadığı rolu aşağılamaq olmaz. Xatirəyə bu rəy xoş deyildisə, onunla çözərdi. Mənə elə gəlir ki, çox aqressiv idi".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Məlahət-Xatirə qalmaqalına Dilarə də qoşuldu:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.