Şou-biznes

Aysellə Pərvin arasında qalmaqal alovlandı: “Qurdları üzə çıxdı”

17 Dekabr 2018 16:49
4 Şərh     Baxış: 4 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın Şou"dan kənarlaşan aparıcı, aktrisa Aysel Nazim qalmaqallı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, yenicag.az-a danışan Aysel şouda baş verənlərə aydınlıq gətirib:

"Mən orada söz verdim ki, qızlara toxunmayacam. Axıra qədər də sözümün üstündə dayandım. Ramilin adını çəkəndən sonra səs faizim düşməyə başladı, yoxsa mən qalib olacaqdım. Buna baxmayaraq, mən axıra qədər sözümün üstündə dayandım. Qızlar isə mənim tərəfimi tutmadılar, səhvə yol verdilər. Bu ağılla getsələr, onları şoudan bir-bir çıxaracaqlar".

Aysel Nazim həmkarı Nərgiz Əliyeva ilə münasibətlərinə də aydınlıq gətirib:

"Bəzi qıraqda-bucaqda qalmış, istedadı olmayan insanlar Nərgizə təsir edib, mənə qarşı yönləndirmək istəsələr də, alınmadı".

Aparıcı küsülü olduğu həmkarına "aktrisacıq" deyə söz atıb:

"Həmin adamın qurdları üzə çıxdı. Çünki, o aktrisacıq məni həzm edə bilmir. O aktrisacıq, adımı hallandırıb, reklam olunmaq istəyir. Türkiyəyə gedib, Allah bilir nə işlər görür. Amma mən Türkiyədə 4 nüfuzlu mükafat almışam, kliplərə çəkilmişəm. Özümü, sənətimi tanıtmışam. Mənim onunla heç bir işim yoxdur. Onun mənimlə işi var. Nərgizə deyibmiş ki, Ayseldən uzaq dur. Əksinə, Nərgizlə dostluğumuz bu şouda daha da möhkəmləndi. Mən şoudan gedəndə Nərgiz ağlayırdı".

Qeyd edək ki, Aysel xeyli vaxtdır ki, həmkarı Pərvin Abiyeva ilə qalmaqal yaşayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.