Şou-biznes

Sabir Rüstəmxanlı müğənniyə ev bağışlayıb? - FOTO

17 Dekabr 2018 13:06
13 Şərh     Baxış: 7 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elçin Cəfərov "X maqazin" proqramının qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi qayınatası, tanınmış şair Sabir Rüstəmxanlının ona ev hədiyyə verməsi barədə yayılan məlumatlara cavab verib.

Elçin mövzu barədə suala belə reaksiya bildirib: "Allah bütün böyüklərimizi qorusun. Amma belə bir şey yoxdur".

Bundan əlavə, ifaçı qeyd edib ki, o, şəxsi həyatı ilə çox gündəmdə qalmağı sevmir: "Belə bir söz deməmişəm ki, ailəmi gizli saxlayacam. Sadəcə olaraq, medianı toya buraxmamışdıq. Hamının əlində telefon var, çəkdilər, yaydılar və biz populyar olduq. Toyda mediadan narahat olan insanlar var idi, çəkiliş istəmirdilər. Bütün dünyada belədir. Mən, onsuz da, mahnılarımla yadda qalmışam. Şəxsi həyatımla çox gündəmdə olmamışam".

Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-ı ilin aprelində ailə qurub. Onların bu nikahdna bir oğlan övladı var. Aydan keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.