Şou-biznes

Emiliya “Eurovision”a namizəddir - FOTO

17 Dekabr 2018 11:58
4 Şərh     Baxış: 2 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə həftədir ki, İctimai Televiziya "Eurovision- 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin siyahıda bir çox məşhur simalara da rast gəlmək mümkündür. Kastinqdə iştirak edən məşhurlardan biri "O səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubovadır.

Bu barədə "Eurovision Azerbaijan Fan Club (12 xal)" İnstaqram səhifəsi məlumat yayıb. O, gələn il İsraildə keçiriləcək müsabiqədə adı məlum olan ilk namizəddir.

Bundan əlavə, siyahıda "Səs Azərbaycan" layihəsi ilə populyarlaşan Samirə Əfəndiyevanın adı olsa da, hələlik bu məlumat öz təsdiqini tapmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.