Şou-biznes

Çiçək oğluna ad günü etdi, məşhurlar qatıldı - FOTO

16 Dekabr 2018 12:33
4 Şərh     Baxış: 5 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Şəhla Vakkas (Çiçək) oğluna ad günü edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Vakkasın 10 yaşı tamam olub. Məclis şəhər restoranlarından birində keçirilib. 

Gecəyə şou-biznes nümayəndələri övladları ilə birlikdə qatılıblar. Ad günündən görüntüləri qonaqlar sosial şəbəkədə yayımlayıb. 

Övladı ilə bağlı təəssüratlarını bölüşən Çiçək bunları qeyd edib:

"Hamı 9 ay boyunca deyirdi ki, bu uşaq səni öldürəcək. Deyirdim Allah böyükdür. Həkimlər qarışıq hamının elə yazıq baxışları var idi ki... Həkimlər deyirdi ki, bədən hamiləliyi zəhərlənmə kimi qəbul edir. 9 ay hər gün zəhərləndiyinizi düşünün. Özəl klinikaların bizə yox deməyindənmi, oğlumun doğulandan sonra ürəyinin dayanmasındanmı deyim... Hər şeyin qarşısında duanın möcüzəsi dayandı. Allah istəsə olar, bilin. 10 il öncə əməliyyatdan əvvəl ağlaya-ağlaya zəng vurub dua istədiklərim sizi heç vaxt unutmaram. Hər il mən də sizə dua edirəm".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.