Şou-biznes

“Qızlar yazır, evlənmək təklif edirlər, mənsə deyirəm ki…” - Burakın azərbaycanlı oxşarı - VİDEO

16 Dekabr 2018 10:09
23 Şərh     Baxış: 5 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış aktyoru Burak Özçivitin azərbaycanlı oxşarı Sadiq Əsədov Teleqraf.com-a müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Bir çoxları səni Burak Özçivitin oxşarı kimi tanıyır. İlk öncə özünü təqdim edərdin...

- Əsədov Sadiq Kamil oğlu. Çoxları yaşımı soruşur. 1996-cı ildə Bakıda anadan olmuşam. Əslən Zəngilandanam.

- Nə zaman bildin ki, Burak Özçivitin oxşarısan?

- İki il olar. Dostlarımla şəhərə çıxıram, biri yanımdan keçir, Burak, digəri Kamal deyir. Hətta "Kara sevda" deyənlər də olurdu. İlk əvvəllər dostlarım dedi ki, get "Kara sevda" adlı filmə bax. Mən də baxdım və gördüm ki, həqiqətən də oxşarlıq var. O vaxtdan sonra görünüşümdə çox şeyi dəyişmədim. Sadəcə bığlarımı bir az uzatdım.

- Bu bənzərliyin səni rahatsız edən tərəfləri varmı?

- Xeyr, heç bir narahat olacağım səbəb yoxdur. Əksinə mənə xoşdur. Şükürlər olsun ki, hər şey daha yaxşıdır.

- "Özünü niyə Buraka oxşadırsan" sualı ilə qarşılaşmısan?

- Əlbəttə. Sosial şəbəkədə çoxları bu sualı mənə yazır. Hətta öz dostlarım da mənə deyib. Deyirlər ki, özünə oxşa. Amma mən belə düşünmürəm. Burak necə mənə oxşaya bilər ki? Onun siması tanınmışdı. Onu hər kəs tanıyır. Məni o qədər də tanıyan yoxdur. Çünki mənim elə bir xidmətim olmayıb ki, hamı məni tanısın.

- Real həyatda Burakla görüşmək, tanış olmaq istəyin varmı?

- Ən azından tanışlığımın olmasını istəyərdim. Selfi də eləyərdim.

- Bakıya bir neçə dəfə gəlib. Görüşmək üçün cəhd etdinmi?

- Yox. İnsanların qınağından çəkinmişəm.

- Hələ ki, subaysan. Sosial şəbəkədə qızlar yazırmı?

- Yazanlar çoxdur.

- Evlilik təklif edənlər olur?

- Bəli, olur. Ölkəmizdən savayı Rusiyadan, Ukraynadan, Türkiyədən qızlar yazır. Mənimlə ailə qurmaq istədiklərini yazırlar. Sadəcə, mən buna normal baxmıram. Adi haldır. Onlara cavab olaraq deyirəm ki, çox sağ olun, amma mənim həyatımda başqası var. Özüm belə deyirəm ki, xətirlərinə dəyməyim. Birbaşa "yox" demirəm ki, deməsinlər ki, yekəxanadır.

- Boşanmış qadınla ailə qurarsan?

- Yox, mən subay oğlanam, niyə boşanmış qadın almalıyam ki? Mən buna pis baxmıram. Amma söhbət özümdən gedirsə, mən bunu etmərəm. Sadəcə, bizim ailədə, mühitdə olmaz. Subayam, nə yaşım var ki?

- İctimai qınaqdan qorxursan?

- Həm ictimai qınaq, həm də valideynlərim razı olmaz. Məni övladlıqdan silməzlər, amma bunu da əsla qəbul etməzlər.

- Hazırda nə işlə məşğul olursan?

- Dəmir yol liseyini bitirmişəm. Hazırda Ukraynada akademiyada 3-cü kursda oxuyuram. İkinci sənətim də bərbərlikdir. O sənəti çox sevirəm. Elə hazırda pul qazandığım sənət də bərbərlikdir.

- Azərbaycanda film təklifləri almısan?

- Bəli. Türkiyədən də film təklifi almışam. Reklamlara, kliplərə də çəkilirəm. Gəlirim də olur. Çox sağ olsunlar ki, əməyimizi dəyərləndirirlər.

Videonu izləmək üçün şəklə klikləyin:
"Qızlar yazır, evlənmək təklif edirlər, mənsə deyirəm ki..." - Burakın azərbaycanlı oxşarı

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.