Şou-biznes

Rəqsanə 2 ayda arıqlayıb belə oldu - FOTO

15 Dekabr 2018 19:43
14 Şərh     Baxış: 3 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova 2 ay əvvəl ana olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir müddət əvvəl verdiyi açıqlamada hamilə olduğu üçün çox kilo aldığını vurğulayıb.

Sosial media paylaşımlarına davam edən Rəqsanənin doğumdan 2 ay keçməsinə baxmayaraq bu qədər arıqlaması diqqətdən qaçmayıb.

R.İsmayılova az vaxtda tez çəki atması haqda bu sözləri yazıb:
"Mən ümumiyyətlə fotoşopdan istifadə edə bilmirəm. Şəkillərim çox nadir hallarda təmizlənir. Onu da mən bacarmıram. Ana olduqdan sonra korser istifadə edirəm. Yemək yeməyi də dayandırmışam. Yalnız su və meyvə ilə qidalanıram.

Lakin tək ac qalmaq arıqlamağa kömək etmir. Həm də 7 ildən çoxdur dərmandan istifadə edirəm. Hamilə olanda dərman istifadəsini dayandırdım. Amma indi yenə davam edirəm.

Belə çəki atmağım hər kəsi şoka salıb. Ana olduqdan sonra 2 aya belə arıqlamaq möcüzədir.

Bu arada vaxtınız olanda həftədə bir dəfə idman edin. Arıq olmaq piylərdən xilas olmaqdır. Kök olmağın kiməsə xeyir etməsini görməmişəm. Bir də hamilə qadının kökəlməsi normal haldır.Təki hər bir qadının başına gəlsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.