Şou-biznes

"Tolqa heç vaxt oğlunu qucağına almayıb" - Günay

14 Dekabr 2018 19:00
1 Şərh     Baxış: 2 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tolqaya qarşı heç bir şey hiss etmirəm. Onunla başqa həyatları yaşayırıq. Onun üçün nə xeyirlidirsə, o, olsun. Oğlum da atasını görəndə, başını qaldırıb baxacaq deyil. Heç vaxt çıxıb üsyan etmədim. Ata-oğul münasibəti yoxdur, bir-birilərini görmürlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri model Günay Musyaeva "Kanal D"də yayımlanan "İki sayfa" verilişində deyib. Model keçmiş əri Tolqa Karellə bağlı sualları cavablandırıb. 

Günay bildirib ki, oğlu atasını tanımır, heç vaxt da görüşmürlər:

"Onun ailəsi, uşağı var. Cahangir atasını tanımır. Amma pedoqoqlar vasitəsilə atasının adını bilir. Oğlum 7 yaşındadır, atası bu günə kimi sıfır dəfə qucağına aldı. Doğulduqdan sonra ancaq bir dəfə qucağına alıb. 

Uşağım üçün aliment davası açmışam. Hələ məhkəmə davam edir. Cahangir 7 yaşındadır, hər şeyi mən edirəm. Yaşadıqlarım üçün peşman deyiləm. Oğlum var. O da, mən də xoşbəxt olum, bəsdir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.