Şou-biznes

Ruhi Əliyeva: "Gəldiyimi eşidən kimi Sibel Can məni evinə dəvət etdi"

14 Dekabr 2018 13:45
6 Şərh     Baxış: 4 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin mart ayının 8-i məşhur türk müğənnisi Sibel Canın Bakıda konsert proqramı baş tutacaq.

Milli.Az news24.az-a istinadla xəbər verir ki, bununla əlaqədar tanınmış iş xanımı Ruhi xanım Əliyeva Türkiyənin İstanbul şəhərinə yollanıb. Danışıqlar üçün Ruhi xanımın özünün İstanbula gəldiyini eşidən türk sənətçisi hörmət əlaməti olaraq onu evinə dəvət edib. 
Görüş haqda təəssüratlarını R.Əliyeva şəxsi İnstagram hesabında bölüşərək, bunları yazıb:

"Xoş gördük dəyərli izləyicilərim. Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağız dolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Buna görə müjdəli xəbəri ilk olaraq, əziz izləyicilərimlə bölüşmək istədim. Hamınıza sevgilərlə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.