Şou-biznes

Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...

14 Dekabr 2018 10:16
1 Şərh     Baxış: 3 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycanın ən məşhur realiti şousu olan "Maşın" start götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 xanım, 9 bəy daxil olmaqla 18 tanınmış şəxs avtomobil uğrunda mübarizəyə atılıb.

İştirakçılar arasında proqramın 16-cı sürətində əlini bilməyərəkdən maşından çəkən meyxanaçı Ələkbər Yasamallı olmayıb. Əslində, layihənin aparıcısı Murad Dadaşov ötən sezon efirdə verdiyi sözə sadiq qalaraq meyxana ifaçısını şouya dəvət edib.

Ələkbər Yasamallı isə təkliflə razılaşıb, hətta özü ilə bağlı lentə alınan sujetin çəkilişlərində iştirak edib. Son anda Ə. Yasamallının vacib bir işi ortaya çıxıb və "Maşın"dan imtina edib.

Ötən gün bu barədə xalq artisti Murad Dadaşov da canlı yayımda danışıb. O, 18 nəfər arasında Ələkbər Yasamallının olacağını, lakin onun texniki hesablamalarda səhv etdiyini, vacib bir işə görə yarışmaya qatılmadığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.