Şou-biznes

"Maşın şou" başladı - Bu da iştirakçılar

14 Dekabr 2018 09:09
11 Şərh     Baxış: 7 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın şou"nun 17-ci sürəti start götürüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edirlər.

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Hind kinosu" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.

Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

Əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, meyxanaçı Oktay Kamil, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.