Şou-biznes

"Mənim üçün, ilk növbədə, Allahın kəbinidir” - Səidə Sultan evlilikdən danışır - VİDEO - FOTO

13 Dekabr 2018 16:15
15 Şərh     Baxış: 2 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show News" verlişininin növbəti müsahibi müğənni Səidə Sultan olub.

Milli.Az bildirir ki, müğənni kəbinsiz uşaq dünyaya gətirənlərə münasibət bildirib:

"Təki uşağım olsun, mən də doğum. Belə də olmaz. Uşağı dünyaya gətirəndə atasını da düşünmək lazımdır. Niyə uşaq sınıq böyüsün ki... Bizdə, maşallah, dəb halını alıb bu şey. Ürəyim istəyir doğuram... İstəmərəm elə uşaqlar olsun. Halalıqla olsa, daha gözəl olar.

Mənim üçün, ilk növbədə, Allahın kəbinidir. Sonra nikah söhbəti var. Əgər kəbin varsa, o doğulan uşaq Allah tərəfindən də halal sayılır. Mən bildiyimə görə, kəbinsiz o dünyada barmaqla göstərilir. Damğalı olur. Əri ər kimi təqdim etmək lazımdır. Gərək ər də yaxşı olsun. Ərə "zontik" kimi baxmaq lazım deyil".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.