Şou-biznes

"Eşidən kimi dedim ki, mən ondan qisas alacam" - Zülfiyyə

13 Dekabr 2018 12:15
12 Şərh     Baxış: 7 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəliyimin 9-cu ayında idim. Oğlum gəldi oturdu yanımda, mədəmi sığalladı. Dedi ki, mən burada cəmi 9 ay qalımışam. Sən 9 aydan çox qalsan, səni öldürəcəm.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O bildirib ki, anası və bacısı da xərçəngdən dünyasını dəyişib: 

"İçimdə onların qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünün içinə baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi.

Bədxassəli şişə "yox" dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.