Şou-biznes

Nazpəri qayıtdı - Hər kəsdən üzr istədi

8 Dekabr 2018 12:09
12 Şərh     Baxış: 8 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva "Səs Azərbaycan" layihəsinə geri qayıdıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə yarışmada əməkdar artist Elza Seyidcahanla qalmaqal yaşayan və proqramı tərk edən xalq artisti yenidən münsif kürsüsündə əyləşib.

O, mövzu barədə də açıqlama verib: "Keçən verilişdə baş verənlərə qayıtmaq istəmirəm. Amma bir şeyi vurğulayım ki, canlı yayımda dözülməz bir hal oldu.Buna görə də, verilişi tərk etdim. Hər kəsdən üzr istəyirəm. Bəzi yazıq və düşüncəsizlər başqa fikirlər irəli sürürlər. Amma xalq hər şeyi çox gözəl bilir. Allahın yaratdığı sənətkara elə xəzinə verilir ki, ona nə sponsor, nə də başqa bir şey lazım olur".

Qeyd edək ki, yarışmada əməkdar artist Elza Seyidcahan iştirak etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.