Şou-biznes

“İndi klarnetlə gedir, zurna ilə qayıdırlar” - FOTO

8 Dekabr 2018 11:29
5 Şərh     Baxış: 3 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qaynana" filminin 40 illik yubileyi ərəfəsində növbəti "Qaynana 2018" təqdim olunacaq. Bununla bağlı yaradıcı heyət filmin trailerini təqdim edərək mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  tədbirdə layihənin qəhrəmanları, xalq artisti Flora Kərimova, Elməddin Cəfərov, Sevinc Əliyeva, Riad Əbdülov iştirak edib.

Xalq artisti Flora Kərimova çəkiliş günlərini xatırlayaraq hər gün bəzən 14-15 saat çəkiliş meydanında olmasına baxmayaraq gözəl zaman keçirdiyini qeyd edib: "Çox qəribə hisslər keçirdirəm. Ömrümün sonunda belə böyük bir layihədə iştirak etdim. Bu film məndən sizə xatırə qalacaq".

F. Kərimova qeyd edib ki, "Qaynana" komediya olsa da, orada bir faciə var: "Uşaq kimi küsüb-barışırdım. Paltar, makiyaj davası edirdim. Səhər saat 5-də çəkilişə gəlirdik. Elməddin Cəfərov elə oyun çıxarırdı ki, yarım saat gülürdük. Sonra özümüzə gəlməyə çalışırdıq.

Əgər bu film kiməsə dərs olsa, çox şad olaram. Anayam, oğlum və qızım var. Yəqin ki, yaxşı qayınanayam. Kinoda oğluma varlı ailənin qızını almaq istəyirəm. Amma onu deyim ki, bizim vaxtımızda belə ayrıseçkilik yox idi. Çox saf vaxtımız var idi. İndi isə saf insanlar bir araya gələrək kino çəkildi. Komediya olsa da, orada bir faciə var.

Bir dəfə qızımın atası ilə maşında gedirdik. Maşın dayananda vağzalı səsi eşidildi. Dedim ki,  mən o vağzalını eşitmədim, qismətim belə oldu. Dedi ki, indi klarnetlə gedirlər, zurna ilə qayıdırlar. Allah eləməsin ki, kimsə zırna ilə qayıtsın. Cavanlar çox ehtiyyatlı olsunlar. Demirəm ki, valideynlərin sözünə baxmayın. Amma özünüz də bir az ayıq olun".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.