Şou-biznes

Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü - VİDEO

5 Dekabr 2018 17:36
1 Şərh     Baxış: 3 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "BizimləSən" verilişinin son buraxılışında mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu efirə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişdə mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev nəvəsi Fatimə ilə görüşüb.

Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, "Trolleybus parkı" deyilən ərazidə köhnə vaqonda yaşayır. O, 18 illik ayrılıqdan sonra nəvəsinə qovuşub.

Azərbaycanın Əməkdar artisti Fatma Mehrəliyevə muğam tariximizə "Kəsmə şikəstə" ilə adını yazdırıb. Fatma Mehrəliyeva  2000-ci ildə yalqız halda dünyasını dəyişib. O, ömrünün son illərində ruhi əsəb xəstəliyindən əziyyət çəkirdi. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.