Şou-biznes

"Cabbara görə Könüllə saçyolduya çıxmışdın" - Elzadan Nazpəriyə şok sözlər

5 Dekabr 2018 17:24
80 Şərh     Baxış: 10 721

Əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasında qalmaqal səngimək bilmir.

Milli.Az shownew.az-a istinadən bildirir ki, Seyidcahan Nazpərini ən pis tələbəsi adlandırıb:

"Bəzilərinə görə Elzalığımdan çıxıb onların saxtakarlıqlarını demək məcburiyyətindəyəm. Hətta sənəti olmayan şəxsiyyətsiz sənəti olan şəxsiyyətə iftira atır. Bax bunu olduğu kimi açıqlayacam. Sūbutlarım arxivimdədir. Konservatoriyanın bəstəkarlıq fakültəsinin ikinci kursunda oxuyanda, ustad sənətkar Alim Qasımovla unudulmaz xalq şairimiz Nūsrət Kəsəmənlinin "İnsafsız gözəl" sözlərinə bəstələdiyim mahnımızın məşqlərinə başlamışdım. O ərəfədə Nūsrət Kəsəmənlinin sözlərinə bəstələdiyim "Qadasın aldığım" mahnımı da, fikirləşdim ki, palatka toylarından təzə səhnəyə gələn, Nazpəri Dostəliyeva oxusun. Onu unudulmaz bəstəkarımız Ramiz Mirişlinin "Yarımı-sevdamı gördūm, Allah" adlı mahnısından tanımışdım. 

Nūsrət Kəsəmənliyə dedim ki, istəyirəm bu mahnını Nazpəri Dostəliyeva oxusun. Nūsrət mūəllim dedi ki, o kimdir? Tanımıram. Zeynəb Dostəliyeva eşitmişəm, çox yaxşı oxuyur, amma Nazpəri birinci dəfədir səndən eşidirəm. Dedim ki, yox, bu da pis oxumur. Onları tanış elədim, qovuşdular bir-birinə. Mahnı yeni tərzdə bəstələnmiş olsa da, hamı ona şedevr əsər kimi yanaşdı. İlk dəfə mahnı və xalq rəqsi janrını sintez etmişdim. Konservatoriyada musiqiçilər arasında gözəl mūzakirə olunmuşdu. 

Saatlarla iki körpə balamı qoyub bunun evində məşqlər, studiyada işlər, çəkilişlərdə, mağazalarda, alış-verişlərdə qızıl kimi vaxtlarımı itirirdim. Mənə 1 manat belə vermirdi ki, bəlkə 92 nömrəli avtobusa minəndə pulun olmaz? Mən heç özūmə sığışdırıb pul da istəməmişəm. İndi də deyir ki, guya mən "Mən-mən" deyirəm. "Mən -mən" deyib "Sən-sən" deməyəcəyəm ki?"

Elza Nazpərinin "Əməkdar artist olanda qapıma qorxa-qorxa gəldi ki, mahnımı oxu" sözlərini yalan adlandırıb:

"Ay saxtakar! Mən onda artıq dahi bəstəkarımız Arif Məlikovun bəstəkarlıq sinifində 3-cū kursda oxuyurdum. Dövlət televiziya kanalımızda üçhissəli, böyūk formada bəstələdiyim, fortepiano sonatamı ifa edirdim, tələbələrimlə gənc vaxtımda cıxış edirdim. Qondarma doktorantura mūdafiəcisi, professor mūəllim "naz-naz" mahnısının mahir qəhramanı xatırlasın ki, yalan ayaq tutar yeriməz. 

İndi mənim vaxtımın olmayan halında sənə "Ələddinin sehirli cırağı" nağılını sakit-sakit şeir qoşub, mahnı bəstələyim deyirsən? Axı mən özūmə sənin kimi heç vaxt yaraşdırmamışam, paxıllıq, xudbəsəntlik, nahaq haqqa girmək, şər-böhtan atmaq, yalançılıq. Bir sözlə, murdar artistlik. 

O vaxt Nazpəriyə zəng edəndə, o, artıq məni tanıyırdı. Getdim qapılarını döydüm. Bir kök qadın, əynində qırmızı paltar, boğazı sarıqlı, qapını açdı. Soruşdum ki, Nazpəri xanımı olar? Dedi ki, mənəm də. "Makiyajsız adam o adam deyil". Gəldim, oturdum mahnını ifa edib göstərən kimi az qala ürəyi getmişdi. Bəyəndi və qısa zamanda da oxudu. 

İnsan sənətə gəlmir, doğulur. Toylar əldən gedir deyə, yenə Cabbar Musayev "xoroşo" deyib, hūcum cəkdin Könūl Kərimovanın ūstūnə ki, ver Cabbarı, qaytar mənə o illəri. Hayqırtısının şahidi oldum. Az qala Nazpəri saçyolduya keçirdi. Könūl bacıma da, ağcəbədili deyiblər. Ay verdi sənə "Caboşunu". Əcəb də, elədi. 

Bəstəkar mahnı verəndə niyə qorxa-qorxa gəlməlidir ki? Başqasının ərinin pulu ilə özünə qır-qızılmı alır ki, qorxsun?

Saxta alimlik dərəcəsi almasından qorxur? Nədən, niyə qorxmalı idi ki Elza Seyidcahan? Mən ona mahnı təqdim edəndə adı ancaq "palatka" toylarında hallanırdı. Tərif oxuyub şabaşlarla, xonçalarda parça və konfet qazanan vaxtın idi. 

Heç vaxt Nazpəri ola bilməz Elza. Mən hec olmasa, nə də verə bilməsəm, bir mahnını pulsuz bəstələyib hədiyyə edəcəyəm... Sən isə nə savad, nə də bir kiloqram şor verən adam deyilsən".

Müğənni Nazpərinin "bazar adamı" sözlərinə də tənqidlə cavab verib:

"Təhqirə qalsa, sənin iri-iri, görməmiş kimi, sallaya-sallaya gəzdirdiyin bahalı daş-qaşları elə sənə bazar adamları alıb. Dediyin kimi Moskvadakı bazarın pullarıdır hamısı. Çirkli, yalan danışanın payını elə verirəm ki, onu şoka salıb, qara qarğa kimi qaqqıldadıram".

Milli.Az 

loading...

Şərh yaz:

80 Şərh:

  • Anonim
    ♥️Ebru♥️ · 5 Dekabr 17:28255

    Bu xemir cox su aparacaq deyesen?)))Elzanin fondaki sekilde taci ne qesengdi.:))

    Cavab yaz
  • Anonim
    advokat · 5 Dekabr 17:3190

    yene alem garışacak....

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 5 Dekabr 17:324612

    :))))canın yanmasın Elza,birinci dəfədir cümlələrin bitmiş fikri ifadə edib,özü də necə:)))Vallah kim məni qınayır qınasın,bu qadın məndə qıcıq yaratmır.Hətta simpatiyam var Elza xanıma...

    Cavab yaz
    • Anonim
      Oxucu · 5 Dekabr 18:112019

      "Yalan danışanı qara qarğa kimi qaqqıldadıram" qadına yaraşan danışıqdır? Əməkdar artist adına, bəstəkar adına yaraşan danışıqdı burda dediyi sözlər? Yoxsa, ha-ha-ha-ho-ho-ho mahnı oxumaq sayılır? Ya da "qazan qapağı danqıldadıram", "fındığımı sındırıram" şedevr ədəbiyyat nümunəsidir bəlkə?

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 5 Dekabr 18:2562

        Yox heç biri deyil.Sadəcə danışan Elzadır:))

        Cavab yaz
      • Anonim
        & · 5 Dekabr 18:51713

        Oxucu,raziyam sizinle,ilk defe olaraq.Nazperi suni,palatka mugennisi ola biler,hec olmasa Elza kimi vulqar deyil.

        Cavab yaz
      • Anonim
        ƏSİ. · 5 Dekabr 18:56145

        Bilirsiniz mən ən çox nəyə qarşıyam??Hamı Elzan Seyidcahanı tanıyır,necə bir xarakterdə olduğunu görür,müşahidə edir.Onu dahilərlə müqayisə edən bizlərik.Ondan başqa cür olmasını gözləyən də bizlərik,hətta onu xalq artisti edən də,hər gün ekranlarda yer verənlər də bizlərik(şəxsən olmasa da,ümumi olaraq yazıram “bizlər” ).Elza heç kimdən xahiş etmir ki,mənim şeirlərimi oxuyun.Ya da mənə ad verin.Ya da mən dahiyəm demir ki.Desə belə yenə bunu deyən Elza Seyidcahandır.Əgər bu gün Elza bu qədər maraq oyadırsa insanlarda,deməli ağıllı qadındır.Çünki hamı gözləyir ki,görək Elzanın növbəti şeiri ya da müsahibəsi,cavabı hansı olacaq:)

        Cavab yaz
    • Anonim
      Əsranur · 5 Dekabr 18:54225

      :))))Uje mənim də simpatiyam artdı:))))Nə dedi amma:)))

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 5 Dekabr 19:24126

        Yox dostum vulqarlığı-sünilikdən,artistlikdən,yalançılıqdan,təkəbbürdən,öz doğmasına xor baxmaqdan,ayağından çəkməkdən alçaq görən bizlər dəyər mühakiməsi aparırıq:).Mən qarşı tərəfin nə oxumağından,nə səs tembrindən,nə xarakterindən,nə görünüşündən,nə jestikasından,nə də aurasından xoşlanmıram,zorla deyil ki.Elza Seyidcahan isə ən azından nədir odur və məndə qıcıq yaratmır.Sadəcə həmişə cümləsinin başlanğıcı sonu bilinmirdi.İndi cümlələri tamamlayıb:)))

        Cavab yaz
        • Anonim
          Əsranur · 5 Dekabr 19:3861

          Aynən:))))

          Cavab yaz
  • Anonim
    FIL · 5 Dekabr 17:3280

    yaman adamsan

    Cavab yaz
  • Anonim
    Daglı · 5 Dekabr 17:33279

    Sag ol,Elza. Dediklərini oxudum,yorgunlugum çıxdı elə bil)

    Cavab yaz
  • Anonim
    Afa · 5 Dekabr 17:36207

    Offfff be agziniza saglig Elza xanim. Siz bidenesiz sadesiz amma gerden kobud danismayin münsif olanda eseblesmeyin xalgin gözü terezidi

    Cavab yaz
  • Anonim
    Oxucu · 5 Dekabr 17:411317

    Vay-vay-vay bu nədi belə?! Elzanın gic-gic "şeirlərindən" canımızı qurtarmamış indi də razborkalarına dözmək məcburiyyətindəyik? Bu nə danışıqdır, bu nə təhqirlərdir bir-birilərinə, nəyi bölə bilmir axı bu müğənnilər? 20 il əvvəlki günlərinin davası gedir yersiz, lüzumsuz.....

    Cavab yaz
  • Anonim
    asi · 5 Dekabr 17:43287

    Haqqın tərəfinə danışsaq, Nazpəri Elzadan çox əvvəlin oxuyanıdı..Mən uşaq idim, 3 ya 4-də oxuyan vaxtlarım idi, Nazpərinin çolkalı saçda, toyuq tüklü ağ paltarda şəkilləri o vaxtı şokolad qutularının üstünü bəzəyirdi..Dəftərlərin üstə bakalın içində şəkili var idi..Həmin vaxt məktəbdə kimdə üstü Nazpərili, Ibrahim T, Sibel Canlı dəftəri var idisə, o uşaq 1 pillə özünü yüksək hiss edərdi( məndə Ibrahim Tatlısesli dəftər olmuşdu ilk dəfə)))...Yəni sözümün canı mən Nazpərini hələ o vaxtı tanıyırdım.Amma Elza ilk dəfə "Mən aktyoram" mahnısı ilə diqqətimi çəkib)..Ancaq onu da deyim ki, hər şey kimi oxuyanların da dadı duzu qaldı o vaxtkı dəftərlərin üz qabığında, indi olublar bir heç...Bir mariyana corablar, bir də üzü şəkilli dəftərlər heç vaxt yadımdan çıxmayacaq).. Heyif o günlərdən..

    Cavab yaz
    • Anonim
      Gul · 5 Dekabr 18:00207

      Men Nazperini Cabbarin ,,ne olur Allahim ayirma bizi'' mahnisin oxuyandan tanimisam ,mence ondan sonra ici qurdlu sokalad karobkalarinin ustune sekli yapisdi.

      Cavab yaz
      • Anonim
        asi · 5 Dekabr 18:4160

        Ola bilər..20 il olar elə mən tanıyıram).. Xeylaq vaxtdı..Həmin mahnıya aid o vaxtı xalq arasında müxtəlif rəvayyətlər gəzib- dolaşırdı). ..

        Cavab yaz
        • Anonim
          Daglı · 5 Dekabr 19:41153

          Salam,asi. Elza 1980-lərdən musiqi təhsili almaga başlayıb,filmlərə musiqi yazanda, fikirləş gör nazpəri hardaydı. Elza mügənnidi,bəstəkardı, amma nazpəri bu günə qədər də hələ heç kimdi, oxumaga səsi də yoxdu.Sadəcə nəyinsə hesabına reklamı olub,vəssalam.

          Cavab yaz
          • Anonim
            asi · 5 Dekabr 20:3051

            Salam..Mən öz tanıdığım müddəti yazdım).. Elza ola bilsin ki, Nazpəridən savadılı və istedadlıdı, amma istedadını düzgün şəkildə və səviyyəli formada təqdim edə bilmir..

            Cavab yaz
            • Anonim
              Daglı · 5 Dekabr 20:4664

              Nazının kim oldugunu yaxşı bildiyimdən zəhləm gedir ondan. Elza bundan üstündü vallah, həm də yekdi)

            • Anonim
              asi · 5 Dekabr 22:1130

              Cvb verilmədi, yəqin bənzətməm uyğun olmayıb).. Elzanın sevdiyim mahnıları var..Bir neçə mahnısı var ki, onlar həqiqi sənətçiyə layiq ifalardı..Amma zəmanənin tələbindənmi ya nədənmi sonradan məcəranı dəyişdi əndrabazi mahnılara və şeirlərə, geyimlərə..Nazpəri isə, 20 il qabaq bu günün Damlası idi..Həmin dövrün axın istiqamitinə uyğun idi, bu gün xalq artıstidi..Damladan uzaq..)..

            • Anonim
              Daglı · 5 Dekabr 22:5941

              İndiyə kimi nazıya yaxud damlaya qulaq asmışamsa heç sübh namazına çıxmayım). O ki qaldı fəxri ada, bizdə hər şey rahatlıqla alınır və rahatlıqla satılır)

            • Anonim
              Ulker · 6 Dekabr 15:1610

              Dagli, sizinle tam raziyam. Yazmag istediklerimi yazdiniz.

    • Anonim
      ))) · 5 Dekabr 20:1831

      BIRI YADDAN CIXDI SOKALAD KAROPKALARININ USDUNDE ASI XANIM

      Cavab yaz
    • Anonim
      S · 6 Dekabr 16:0601

      OLA BILER AMA ELZA SENETDE OLANA BESTEKARLIQ EDENDE HEC ONDA NAZPERI YOX IDI

      Cavab yaz
  • Anonim
    Elya · 5 Dekabr 17:462212

    SEVIREM seni ELZA .lezzet eledi.Sen ureksen.

    Cavab yaz
  • Anonim
    Gul · 5 Dekabr 17:54208

    Men hele burdan nese oxuyub bele gulmemisdim.Amma yaman deyib hamisin yerli yerinde halaldi Elzaya.

    Cavab yaz
  • Anonim
    ziyali · 5 Dekabr 18:14115

    Bu sozlerden sonra bir daha hiss olunur ki,Elza qarshisindakin daha savadli ve tebiidir.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 5 Dekabr 18:20105

    Görun nə gundəsiniz ey, ay bizim artistlərimiz ? Bir balaca sözunuz cəp duşən kimi nə var acıb tökursunuz elin , millətin qabaqına. Hec utanmırsınızmı ?

    Cavab yaz
  • Anonim
    Gülümsərov · 5 Dekabr 18:29167

    Elza bir dənədir. O olmasa adamlar darıxar. Oxu gözəl.

    Cavab yaz
    • Anonim
      TT · 5 Dekabr 18:47814

      Ayibdir Nazperi xanim gözel muqenni xalq artistidir

      Cavab yaz
      • Anonim
        vvvvvv · 5 Dekabr 20:0011

        Sən də düz deyirsən

        Cavab yaz
    • Anonim
      vvvvvv · 5 Dekabr 20:0010

      Düz deyirsən

      Cavab yaz
  • Anonim
    Elzaya · 5 Dekabr 18:411013

    Doqurdan bu defe lap bazar senarisi oldu cox ayib Adin bestekar qoyub puqepik - qurus davasi edir

    Cavab yaz
  • Anonim
    şahnaz · 5 Dekabr 18:5990

    Vallah,"palatka toyları"milyon dəfə indiki saray toylarından yaxşıdır.Mən təəssüf edirəm ki,vaxtilə mənim toyum ən mötəşəm sarayda keçirildi.Arada pul gedir.Nə yeməkləri bir şeydir,nə də əylənmək olmur.Baş partladan musiiqidən başqa bir şey yoxdur.Bəzən kütləvi zəhərlənmələr də olur.

    Cavab yaz
  • Anonim
    6 hiss · 5 Dekabr 19:02103

    Heqiqeten Nazperi xanim palatka toylardan gelib sehneye amma indi kasib bir insan palatkaya toya cagirsa getmez axi indi seviyyeli mugenni olub Elza Nazperi xanima nese dedise vesallam iş bitmisdi

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 19:131416

    Elzanin tarixin danisim size 1-ci defe Elzani bestekar kimi merhum İlhame xanim Gemide bir verilis aparirdi ondan Yusif Aqyev xahis etmisdi ki cevan bir xanim bestekar var gel senin verlisinde bunu meshurlasdiraq ve aralarinda razilasib Elzani hemen verlise devet etdiler Orada bestekar kimi tanitdilar Ve destek Rehmetlik İlhame xanimnan geldi ve bu gun ki gün eger Elza taninmis bestekardisa her gün İlhamenin ruhuna Yasin oxutdurmalidi O ki qaldi Nazperiye Nazperi de hemen Yasini Nusret Kesemenliye her gun 5 defe oxutsun Cabbarla Nusret Nazperini 1 gecede meshuir eden insanlar olub Hemen mahnini Elxan Sirinov oxuyacağdi imtina etdi ve 1 gecede Nazperini muqenni etdi Her bir insanin heyatinda Melk qisminde kimse olur hec kim demesin ki ozum bu yere geldim cixdim hecc vaxt !

    Cavab yaz
    • Anonim
      Deyirəm də · 5 Dekabr 19:25103

      Səndən yoxdu, canlı ensiklopediyasan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 19:431212

        Saq ol var ol ! Qedir qiymetimi bilen yoxdi daa saqqalim yoxdu sozum kecmir deee )))

        Cavab yaz
        • Anonim
          Molla Nəsrəddin demişkən · 5 Dekabr 21:1351

          Deyəsən dava yorğan eeeey çaşdım.,Caboş davasıdır.)

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 21:2756

            Dubbedüz deyirsen.. Evveller Nüsretin üstünde qirirdilar bir birin çanağ partalayan kimi indi de gecdiler Cabboşa ..Könül, Nazenin, Nazperi Cabbarin mahnilariyla sevilibler sohbeti de ola bilmez

            Cavab yaz
            • Anonim
              Elədir.. · 5 Dekabr 21:3841

              Caboşun mahnıları mənim də ürəyimcədi. Ən çox da Elxanın oxuduğu "Başqa birisini sevə bilməzsən". Ürəyim gedir o ifayçun. Amma Elza Caboşu "--" yazıb, yəni Könülün dilindən yazıb adını :)

          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 21:4266

            Mende delisiyem Elxan Sirinovun mahnilariycun En cox da ''Axsamlar'' mahnisi xosuma gelir

            Cavab yaz
          • Anonim
            Destiny · 6 Dekabr 11:2100

            )))))))))))

            Cavab yaz
    • Anonim
      asi · 5 Dekabr 20:3581

      Nənəni itələyib oturmusan yerində). Hamıdan xəbərin var)..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 20:4577

        Tocnu nenemin klonuyam.Nenemde canli komputerdi kimin vikipediyasin isetesem srazi baslayir o qederr guclu yaddas dehsetdi.. Mamam deyir bu arvad Samaxida oturub Moskvadan xeber verir.))

        Cavab yaz
  • Anonim
    Ida · 5 Dekabr 19:19102

    Kohne palan ici acmaq,basqasini qaralamaqla yukseye qalxmaq olmaz,Elza xanim.Akademikin size qahmar cixmasi her isde haqli olmaginiz demek deyil.Nazperi suni xanimdirsa,siz de danisigini,yerini bilmeyen birisiz.

    Cavab yaz
  • Anonim
    l · 5 Dekabr 19:29113

    Elza haqqdadir Nazperi az ozunu dartsin "bazar adami" bes ozu kimdir?Wamaxinin kendindendirde.Xatirimdedir bacisi Zeynebi taniyirdilar .Onu ise yox.Dayim qizinin toyunda Zeynebi cagirmiwdiq Nazperi de gelmiwdi .Zeyneb oxuyurdu yaxwi Nazperi ele bil ozu ucun cuzulduyurdu.Sonrada iller sonra Ayirma bizi manhisina Tatlises dedi ki Nazperi oxumur bagiriyor.

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 5 Dekabr 19:4444

    Esranur ve Esi xanimlara salam.Növbeti raund: mehkeme = 100 min manat+üzr istemek.!.Elza xanimin,özü demishken,sizin vaxtinizin olmadigi halinda ,bu size lazim idi...Cabbar adinin da qisalmish,Cabosh formasini,sizden oxudum))Bir açiqlamasinda ne qeder insanin adini çekib..Görünür berk esebleshib, Elza xanim.!.Bilmirem niye,yadima rehmetlik Ilhame xanimin:Elzanin yaxshi ayaq yumagi var,demesi düshdü..Olsaydi,göresen reaksiyasi nece olardi...

    Cavab yaz
    • Anonim
      Ayaq yuyan?) · 5 Dekabr 19:5842

      Ha-ha-ha-ha......

      Cavab yaz
    • Anonim
      Əsranur · 5 Dekabr 20:2841

      Bacı salam$$$$$$$$.İşarə sevinmək işarəsidir:))))Səni burda görmək çox xoşdu.Elə o adı mən bir az başqa cür yazmışdım deyə,qıfdan keçmədi.Mən də moderatordan küsdüm:))))

      Cavab yaz
      • Anonim
        UZAQ DIYAR · 5 Dekabr 21:2221

        Salam,axshamin xeyir,bacim.!.Yox küsme,buralar sensiz olmasin.!. Bizim bu saf, qelbi temiz,Elza xanimin sayesinde,deyesen buralarda,çox yazmali olacagiq))

        Cavab yaz
    • Anonim
      Uzaq Diyara · 5 Dekabr 20:4074

      İlhamə istədiyi adama şər ata,ləkələyə bilərdi. Elə bu nazını da neçə illər televiziyaya həsrət qoydu, amma Elza ona heç vaxt əyilmədiyinə görə yanıb yaxılırdı ilhamə))))

      Cavab yaz
      • Anonim
        UZAQ DIYAR · 5 Dekabr 21:4692

        Ilhame xanimin,etdiklerinin bezileri düz ve yerinde idi.!.Hem Ilhame xanim,xeste olarken Elza ve onun bacisinin,qullugunda durmasi xeberini ,Elza xanimin özü de tesdiqlemishdi..

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 5 Dekabr 20:4441

      Salam UZAQ DİYAR:).Xoş gördüm sizi.Gedişat onu göstərir,düzdür:).

      Cavab yaz
      • Anonim
        UZAQ DIYAR · 5 Dekabr 21:4221

        Salam Esi xanim.Sizi de xosh gördük..Zarafat bir yana, amma bu Elza xanimin,şerleri kimi,açiqlamalari da milleti bir yere toplaya bilir...

        Cavab yaz
  • Anonim
    Zeynäb · 5 Dekabr 20:18105

    Elza doğurdan göyçək qadındır. Çox sözüdə düz deyib. Nazpəri çox özündən razıdır. Gözlərini ora bura çevirir guya camaatda göz yoxdurda. Özdə Nazpəri süni qadindir

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 5 Dekabr 20:3186

      Hee Zeyneb ele bil goycek Fatmadi onu iteliyib))Elza Zehersacan yerinde durub))Aqlida ozu kimi gocek olsaydi yaxsi olardi.Nazperi nevaxt gozun ora bura corub ay Zeynebim onu harda gormusen)))Mence ele elzadada sunilik var.seirleri kimi))Sen elzani ele terifledinki lap onu cox istemeye basladim.Yaziq Nazperi elza onuda deli eliyecek))))

      Cavab yaz
      • Anonim
        asi · 5 Dekabr 20:3842

        Salam Ebru..Təsadüfdən indi eyni şeyi mən Ibrahimli üçün yazmışdım zarafatla).. Amma yazanda sənin şərhin yox idi hələ)..

        Cavab yaz
        • Anonim
          ♥️Ebru♥️ · 5 Dekabr 20:4453

          Salam asi necesen?Hee ola biler ureyimiz duzdu yeqin?Sen meni qabaqlamisan elemi onda Milliye deyim menim serhimi geri qaytarsin?))Menen cox yasayacaqsan omrun uzun olsun.

          Cavab yaz
  • Anonim
    Deyəsən çox uzatdı · 5 Dekabr 20:2240

    Nolub bunlara, vAllah heş zad başa düşmədim. Yəni səbəbi bilmədimee bu qızışnanın.

    Cavab yaz
  • Anonim
    BAKI · 5 Dekabr 20:2670

    Ilhame getdi Elza geldi

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 5 Dekabr 20:4360

      Bir azdan hamımız İlhamə Quliyevaya ürəkdən rəhmət oxuyacağıq:).

      Cavab yaz
      • Anonim
        ♥️Ebru♥️ · 5 Dekabr 21:2240

        Salam Esi xanim necesiz?Vallah men ele indice ona rehmet oxudum))Allah rehmet elesin Ilhame nenemize.Elzani bele gorub nenemizi cox istemeye basladim)).

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 5 Dekabr 22:2300

          Salam Ebru.Yaxşıyam şükür.Sən necəsən?Gedənin yerinə yaxşısı gəlmir deyirlər.

          Cavab yaz
          • Anonim
            ♥️Ebru♥️ · 5 Dekabr 22:3700

            Hemise yaxsi olasiz Esi xanim☺️Mende yaxsiyam cox saq olun.Duz deyirler vallah bezen ele olur)..

            Cavab yaz
  • Anonim
    $$$Yeraz · 5 Dekabr 20:5580

    Booooooy Elzanin stop duymesi xarab olub deyesen. Bunun ureyi doluymuwki.

    Cavab yaz
  • Anonim
    Zeynäb · 5 Dekabr 21:0052

    Ebru Allah səni güldürsün. Nə qədər güldüm. Həmişə üzün Gülsün.

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 5 Dekabr 21:1830

      Allah hemise uzunu guldusun Zeyneb❤️Sen canin birde o elzaya ele terif vurma.Onda menimde gulmeyim tutur))).

      Cavab yaz
  • Anonim
    ANONIM · 5 Dekabr 21:3244

    Halal olsun Elza xanim. Bu naziko cox göynen gedir.

    Cavab yaz
  • Anonim
    ŞAFA · 5 Dekabr 21:4954

    Elzanın şeirləri şitdi, bəzəndə tərbiyəsiz səslənir, amma Onun Norveqiyada Siyavuş Kərimi və Brilyant Dadaşovanin iştirakı ilə səslənə Toy Adamları əsəri kifayətdi Elzanın peşəkarlıgıba. amma son şeerləri hecnə. Nazpəri isə Rəhmətlik Mirzə Babayev deyirdi ki Nazpəri ilə Faiq qışqırırlar oxumurlar .

    Cavab yaz
  • Anonim
    IMF · 5 Dekabr 21:5387

    Elzaya emekdar artist veren:qelemin yazmayaydi kash)

    Cavab yaz
  • Anonim
    lnci. · 5 Dekabr 22:5123

    i rehmetlik ilhame xanim olenden nazperinin dili acilib uzu gulur

    Cavab yaz
  • Anonim
    inci · 5 Dekabr 23:0033

    rehmetlik ilhame xanim olenden nazperi in dili yaman acilib uzu gulur

    Cavab yaz
  • Anonim
    inci · 5 Dekabr 23:0100

    xahis edirem serhimi verin

    Cavab yaz
  • Anonim
    Gulnar · 5 Dekabr 23:0420

    Vayy vay vay qiyamet qopacaq.Tehqir var tehqir vare.Şor zad dehset

    Cavab yaz
  • Anonim
    werhci · 6 Dekabr 00:1833

    Elza yalan daniwmaz! Elza exlaqli qadindi

    Cavab yaz
    • Anonim
      * · 6 Dekabr 10:4730

      Arxali kopek qurd basar,dunene qeder Elzani tenqid edenler 180 derece donduler.Elza oldu badamgoz))))

      Cavab yaz
      • Anonim
        L-A · 6 Dekabr 12:1321

        nazpərinin sposoru güclu olub ona hər şeyi unutdurum qabaga çəkib yoxsa nazpəri hara xalq artisti adı hara

        Cavab yaz
        • Anonim
          * · 6 Dekabr 13:1500

          Sohbet Elzaya munasibetden gedir.Nazperi haqqinda melumatliyam teze xeber deyil.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.