Şou-biznes

“O, xəyanət edib, mən isə yox”

5 Dekabr 2018 13:39
6 Şərh     Baxış: 3 882

"Vicdan haqqı" serialı ilə populyarlaşan aktrisa Çimnaz Sultanova və şairə Nazilə Səfərli arasında anlaşımazlıq yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bizimləsən" proqramına qonaq olan xanımların videosunu prodüser Faiq Ələkbərli paylaşıb.

Çəkilişdən kənar lentə alınan görüntülərdə xanımlar bir-birinə əsər qəhrəmanlarının adını verməyə başlayıblar. "Nazilə xanımın adını Skarlet qoymuşam. Skarlet ən sevdiyim personajdır. Sadəcə olaraq, əsəri oxumaq lazımdır" deyən aktrisanın söhbətinə N.Səfərli də qoşulub.

Onun "Çimnaz mənim Dezdemonamdır" deməsi qarşı tərəfi özündən çıxarıb. Ç.Sultanova şairəyə "Ay qız, Dezdemonanı heç oxumusan? Dezdemona xəyənatkar olub, Çimnazda isə belə şey yoxdur. Şairə xanım, ədəbiyyatı oxuyun! Dünya ədəbiyyatı oxuyun! Görün, məni Dezdemona ilə bir tutur", - bildirib.

Sözügedən videodakı dialoq tezliklə sosial şəbəkələrdə yayılmağa başlayıb. İnstaqram istidafəçiləri aktrisaya irad bildirərək "Dezdemona"nın əsərdə xəyanətkar biri olmadığını qeyd ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"O, xəyanət edib, mən isə yox"

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Əsranur · 5 Dekabr 13:49137

    Çimi,Skarlett mənim ən sevdiyim obrazdır-baçdanxərəb olsa da,Pişto Eşlinin sevgisi ilə yaşasa da.Sən də gör kimi kimə oxşadırsan da.Ona qalsa,mən də səni Kerriyə oxşadıram.Mırta:))))

    Cavab yaz
  • Anonim
    ♥️Ebru♥️ · 5 Dekabr 14:0063

    Indide bunlarin qirqini basdiyajaq.)))REKLAMLAR!

    Cavab yaz
  • Anonim
    IMF · 5 Dekabr 14:0243

    Ne pis baxirey.Ele bil doyecek indi

    Cavab yaz
  • Anonim
    Taaak · 5 Dekabr 14:1855

    Çimnaz serislsız qalıf, ta bilmir nejə özünü gözə soxsun. O biridəki heş də, veçni gözümüzün mazolydu

    Cavab yaz
  • Anonim
    Oxucu · 5 Dekabr 14:28191

    ay Çimnaz xanım, Dezdemona xəyanətkar olmayıb. Məkrli Yaqo xaincəsinə plan qurur, Otellonu inandırmağa çalışır ki, guya aravdı Dezdemona ona xəyanət edir, keçmiş nişanlısı Rodriqo ilə gizli-gizli görüşür. Otello da ona inanır, gəlib Dezdemonaya yalandan deyir ki, Rodriqo öldürülüb. Qızın keçirdiyi həyəcan və təşvişindən şübhələnir, elə bilir ki, deyilənlər doğrudur və onu boğur. Sonra məlum olur ki heç bir xəyanət olmayıb, Yaqo böhtan atıb, peşman olub özü intihar edir. Kişilərin yersiz qısqanclığı, sadəlövhlüyü göstərilir bu əsərdə. Dünya ədəbiyyatını əvvəlcə özünüz oxuyun, sonra başqalarına məsləhət görün )))))

    Cavab yaz
  • Anonim
    Zeynäb · 5 Dekabr 20:2321

    Reytinq xatirinə nə desən eliyərlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.