Şou-biznes

Azərbaycanlı aktyordan gözlənilməz sözlər: "Fəxrəddin Manafov Zaur obrazı deyil"

4 Dekabr 2018 13:02
38 Şərh     Baxış: 5 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənim Zaurum daha yaxşıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan "Təhminə və Zaur" serialında Zaur obrazını canlandıran Cövdət Şükürov deyib. O, mərhum xalq artisti Rasim Ocaqovun rejissoru olduğu "Təhminə" filmindəki Zauru özünün yaratdığı Zaurla müqayisə edib:

"Bəzən film ilə serialı müqayisə edirlər, bir qrup filmə daha üstünlük verir. Həmin insanlara bildirmək istəyirəm ki, bu, film deyil, serialdır. Şəxsən mən öz Zaurumu daha maraqlı hesab edirəm".

Söhbətə müdaxilə edən serialın Spartakı Cavidan Novruz Cövdəti Zaur obrazında daha çox bəyəndiyini vurğulayıb:

"Oxucular şərhlərdə nə yazırlar, yazsınlar, vecimə deyil. Fəxrəddin Manafov böyük aktyordur. Amma əsəri bilən biri kimi deyirəm, Fəxrəddin Manafov Zaur obrazı deyil".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.