Şou-biznes

"Qızlarınızı döyün, əcəb edirsiniz" - Elzadan sərt sözlər

3 Dekabr 2018 12:52
17 Şərh     Baxış: 3 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATV maqazin onlarla" verilişinin qonağı əməkdar artist Elza Seyidcahan olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin bu dəfə bazara aparıblar. Aparıcı Ruslan Ağayevin "Hobbiniz nədir? Çox kişilərə yox demisiniz" sözlərinə belə cavab verib:

"Hobbim gözəllikdir. Anam o qədər elçiləri qapıdan yollayıb ki... Onların nəfsi qalıb üstümdə".

Seyidcahan "Qızını döyməyən, dizini döyər" sözlərinə münasibət bildirərkən "Anamız bizi döyməsəydi, indi dizini döyərdi. Vaxtında məni çox döyüb. Siz də qızlarınızı döyün, əcəb edirsiniz" deyib.

Elza söyüş söyən olduğunu da etiraf edib:

"Atam heç eşşək sözünü deməyib. Mən amma çox söyüş söyürəm. Maşın sürəndə lap çox. Həyat məni söyüşçül edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.