Şou-biznes

Məşhur cütlük toy dəvətnaməsini yaydı: "Qəribə hisslər yaşayıram"

3 Dekabr 2018 09:06
19 Şərh     Baxış: 5 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayılın toyu olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məclis sabah şəhər restoranlarından birində baş tutacaq.

Aktrisa artıq toy dəvətnamələrini yayıb. O, "Çox qəribə hisslər yaşayıram hazırda, hansı ki, onu kəlimələrlə başa sala bilmirəm. Bu gün evimizdə keçirdiyim son günümdür. Mənə bu qədər çətin olacağını təsəvvür edə bilmidim. Ümumiyyətlə, ərə getmə prosesinin bu qədər gərgin, stresli olacağını ummurdum. Ay subaylar, başınıza gəlsin. Mənə yaxın olan hər kəsi sabah yanımda görmək istəyirəm" deyib.

Qeyd edək ki, noyabrın 26-da Ülviyyənin xına mərasimi olub. Murad və Ülviyyə "Vicdan haqqı" serialının çəkilişi zamanı tanış olublar. Onların nişanı iyulda olub. Avqustda isə aktyorların nikah mərasimi baş tutmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.