Şou-biznes

"Elza qorxa-qorxa evimə gəlib..." - Nazpəridən cavab

2 Dekabr 2018 14:28
32 Şərh     Baxış: 12 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni qalmaqal yaşadığı əməkdar artist Elza Seyidcahan haqda danışıb. O, Elzanın "Sən mənim tələbəm olmusan" sözlərini ələ salıb:

  "Müəlliməmi təqdim edəcəm. Mənim böyük sənətkar müəlliməm olub xəbəriniz var? Bilməmişəm, müəlliməm yeni peyda oldu. Gördüm ki, bir nəfər həmkarlarına hörmətsizlik edir. Dedim, gəlin bir-birimizə hörmət edək. Biz musiqiyə irad bildirməliyik. Bu isə uşaqları təhqir edir. Ancaq "mən belə, mən elə" deyir. Susub otururam, bu danışır. 

Hamımız həmkarıq, olmaz. Birdən-birə eşitdim ki, Elza Seyidcahan desin ki, tələbəm olmusan. Mən "Əməkdar artist" adını alanda Elza qorxa-qorxa evimə gəlib deyirdi ki, mahnımı oxu, tanınım".

Qeyd edək ki, Nazpəri ilə Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında yaşanıb. Elza Nazpəriyə onun tələbələrinin adını deməməsinə əsəbiləşib. Söz-savaşına çıxan ifaçılar arasında gərgin anlar yaşanıb. Nazpəri küsərək efiri tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.