Şou-biznes

"Problemimi həll etdim, anamla maraqlanmadım" - Toppuş bacı ağladı - VİDEO

1 Dekabr 2018 16:04
20 Şərh     Baxış: 5 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bitib hər şey. Yanvarın 15-də biləcəm xəstəliyim nə yerdədir. İnanıram ki, gözəl xəbər alacam. Tam olaraq cavabı görməyincə, rahatlamıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişində deyib. Anasını itirən aktrisa ondan danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Çox fikirləşdim... Anamın hadisəsi üstümə yüklənəndə dedim ki, ay Allah nə yaxşı xəstəliyi mənə verdin, anamı əlimdən aldın. Sənə şükür etməyə başladım. Anamı Gəncəyə göndərdim. Getdim ki, anamın gözləri zillənib. Baxdım əlləri soyuqdur. Həkim yoxladı ürəyi yaxşı, qan sızma riski yoxdu. Özümə bağışlamıram ki, gərək tez gedərdim. Verilişə gəldim, problemlərimi həll etdim, anamla maraqlanmadım. Anam görmürdü mən burdayam".

Tünzalə daha sonra atasının onu izlədiyini yadına salıb və danışmayıb. O bildirib ki, atası da onun xəstəliyindən xəbərsizdir. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.