Şou-biznes

Canlı efirdə QALMAQAL - Nazpəridən Elzaya: Bazar adamı ilə oturmaram... - VİDEO

1 Dekabr 2018 10:44
24 Şərh     Baxış: 13 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın Səsi" mahnı müsabiqəsinin ötən günkü buraxılışında qalmaqal yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, proqramda iki münsif - xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Belə ki, əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən N. Dostəliyevaya sərt reaksiya verib: "Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim "Qadasını aldığım" və " Ömrümdən getmə" mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub.  Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz?".

Xalq artisti, əvvəlcə Elzanın çıxışına gülüşlə reaksiya versə də, daha sonra verilişi tərk edib: "Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Canlı efirdə qalmaqal, Nazpəri verilişi tərk etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.