Şou-biznes

"Qarabağ"-Sportinq" oyununa TANINMIŞLARDAN maraqlı PROQNOZLAR - 1:1, 2:2, 1:0...

29 Noyabr 2018 17:28
0 Şərh     Baxış: 2 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bir neçə maraqlı oyun baş tutacaq.

Azərbaycanın futbol azarkeşləri üçün isə şübhəsiz ki, ən maraqlı oyun Bakıda baş tutacaq.

Təmsilçimiz səfərdə 0:2 hesabı ilə məğlub olduğu Portuqaliya "Sportinq"indən Bakıda xal qoparmağa çalışacaq. Pireneylilərin Bakı səfərində bir neçə əsas heyət oyunçusundan məhrum olması da ümidləri artıran məqamlardandır. Ancaq təbii ki, bütün bunlar start fitinə qədər olan fərziyyələtdir. Maraqlıdır, ayrı-ayrı peşələrin tanınmış simaları bu barədə nə düşünür? 

Milli.Az ölkə.az-ın  "Qarabağ"-Sportinq" oyunu ilə bağlı keçirdiyi sorğunu təqdim edir.

Müğənni, əməkdar artist Baloğlan Əşrəfov hesab edir ki, "Sportinq"in Bakıya ikinci heyətlə gəlməsi daha təhlükəlidir:

"Son zamanlar futbolla bağlı əsəblərim korlanıb. Ona görə də proqnoz verməkdən qorxuram. Deyirəm, birdən mənim proqnozum düz çıxmaz. Oyunlar elə qəribə formada gedir ki, adam inana bilmir. Konkret hesab demirəm, amma istərdim ki, "Qarabağ" udsun. "Sportinq"in Bakıya ikinci heyətlə gəlməsi arxayınlıq yaratmamalıdır. Həmişə ikinci heyətin oyunundan ehtiyat etmişəm. İkinci heyət çalışır özünü məşqçiyə sübut edib birinci heyətə düşsün. 

Bəstəkar-müğənni Murad Arif:

"Qarabağ"a və Qurban Qurbanova sonuna qədər, hər nəticəyə görə dəstəyəm. Heç-heçə ola bilər. Düşünürəm ki, hesabın 1:1, yaxud 2:2 olması daha çox realdır".

Hakim-pedaqoq Ceyhun Haşımov isə oyun barədə proqnoz vermək istəməsə də, "Qarabağ"ın psixoloji hazırlığının daha vacib olduğunu vurğulayıb:

"Bizim oyun öncəsi hansısa proqnoz verməyə ixtiyarımız yoxdur. Bircə onu deyə bilərəm ki, hamı "Sportinq"in ikinci heyətlə gəldiyini yazır. Düşünürlər ki, asan olacaq. Amma ən qorxulusu budur. Çünki ikinci heyət var gücü ilə oynuyacaq ki, əsas heyətə düşsün. B usəbəbdən arxayınıaşmaq olmaz.  "Qarabağ" psixoloji cəhətdən hazır olmalıdır və bu, çox vacibdir",

"Xəzər" televiziyasının idman şərhçisi Ceyhun Rzayev düşünür ki, Ağdam təmsilçisi oyundan üç xalla ayrılmağı bacaracaq: 
 
""Qarabağ"ın 1-0 hesabı ilə qalib  gələcəyini düşünürəm.  Çox təəssüf edirəm ki, stadionun heç yarısı da dolmayacaq. Azarkeşləri də qınamaq olmur. Bakı Olimpiya Stadionu çox əlverişsiz stadiondur.

Oyun T.B-da keçirilsəydi, tam dolardımı? BƏli, dolardı.

Müğənni Elmira Ələkbərzadə:

"Proqnoz vermə bilmərəm, amma təbii ki, hər zaman olduğu kimi ev komandamıza azarkeşlik edəcəyəm".

ATV-nin idman aparıcısı Sənan Şəfizadə:

"Proqnoz vermək çətindir. Çünki oyun zamanı hər an matçın gedişi çətin ola bilər. "Sportinq"in bəzi əsas futbolçuları Bakıya gəlməsə də heyətdə kifayət qədər səviyyəli oyunçular var. "Qarabağ"da isə yorğunluq özünü göstərə bilər. Eyni futbolçular həm millidə, həm çempionatda, həm də avrokuboklarda çıxış edir. Millətlər Liqasındakı uğursuzluqdan sonra təzyiq də artıb. Yenə də Azərbaycan çempionuna inanıram. Lazım olanda toparlanmağı bacarıblar. Fikrimcə bu axşam "Sportinq" qələbə qazana bilməyəcək. Səfərdə ilk 30 dəqiqədə göstərdiyimiz oyunu sərgiləsək sonluq yaxşı olacaq. "Qarabağ" qalib gələcəyi təqdirdə, iki nəfərə hədiyyə söz vermişəm. Heç olmasa sevinək".

S.Şəfizadə də azarkeş azlığından gileylənib:

"Yeri gəlmişkən,  oyuna az bilet satılmağı təəssüf yaradır. Azarkeşləri başa düşmək olar. Bir tərəfdən arena uzaqdadı, ikinci tərəfdən oyun gec başa çatacaq. Hamı ilk növbədə evə necə gedəcəyini düşünür. Lakin avrokuboklarda ildə 5-6 oyunumuz var, belə halda təmsilçimizi dəstəkləmək vacibdi".

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Fizuli Hüseynov isə ümumiyyətlə futbol azarkeşi deyil :

"Futbol yeganə şeydir ki, azarkeşlik etmirəm. Dünya çempionatının final oyununa rast gəlsəm, təsadüfən, baxaram, vəssalam. İndiyə kimi cəmi bir dəfə dostlarla "Neftçi"nin oyununa getmişəm. Amma futbol mənə çatmır. Bəlkə də anormallıqdır (gülür). Amma belədir".

"CBC Sport"un şərhçisi Elnur Məmmədli bu qənaətdədir ki, "Qarabağ" xal qazana bilər: 

""Sportinq" Bakıya ciddi itkilərlə gəlib. Komandanın bir neçə aparıcı futbolçusu "Qarabağ"a qarşı oynaya bilməyəcək. Ağdam klubunda əsas itki Emeqaradir. Yəqin ki, onun yoxluğunda hücumda Araz Abdullayev çıxış edəcək. Marsel Keyzer cəmi 3 həftədir ki, "Sportinq"in baş məşqçisi təyin olunub. O, indi daha çox komandanı yaxından tanımaq istəyir. Məncə, "Qarabağ" rəqibin heyətindəki itkiləri nəzərə alsaq, bu oyunda xal qazana bilər. Təəssüf ki, matça azarkeş marağı o qədər də böyük deyil və stadionun əksər tribunaları boş qalacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.