Şou-biznes

Aygün modelyerinin tələbini yerinə yetirdi - FOTO

29 Noyabr 2018 11:13
3 Şərh     Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova dekabrın 1-də və 2-də keçiriləcək konsertləri üçün uzun müddətdir ciddi hazırlaşır. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər gün məşq edib, idmanla məşğul olan müğənni gecə üçün maraqlı şoular hazırlayıb. 

David Vandetta ilə səhnəyə çıxacaq Kazımova arıqlamaq üçün əlindən gələni edir. Aygünün yeni fotoları izləyicilərini təəccübləndirib. Müğənni yenə də xeyli çəki atıb. 

O, modelyeri Rüfət İsmayılın ona qoyduğu şərtə əməl etmək üçün 36 bədən ölçüsünə çatmağa çalışıb və buna nail olub. Belə ki, modelyer konsert üçün Kazımovaya libaslar hazırlayıb. Rüfət ifaçıya şərt qoyub ki, paltarları geyinmək üçün arıqlamalıdır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.