Şou-biznes

"Həyat yoldaşımın qarşısında baş əyirəm" - Azər Axşam

29 Noyabr 2018 09:27
4 Şərh     Baxış: 6 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı və şoumen Azər Axşam "CVN TV"nin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı şəxsi həyatından söz açıb. O, ikinci həyat yoldaşdan razı olduğunu bildirib:

"İkinci həyat yoldaşım dayım qızıdır. İlk münasibətlərimizdə artıq bilirdi ki, həyatımda nələr olub. Bu baxımdan qarşısında həmişə baş əyirəm. Hətta oğlumun yanına Fransaya gedəndə, o bilirdi ki, oğlumun yanında onun anası var. Mən kişi olaraq həyat yoldaşım başqasından ayrılıb mənlə ailə qurubsa, birinci həyat yoldaşı olduğu yerə buraxmazdım. Amma o, heç nə demədi. Buraxdı məni. Qadınlar heç vaxt kişilərdən arxayın olmur. Amma o, özünə nə qədər arxayındır ki, məni buraxdı".

Qeyd edək ki, A.Axşamın ilk evliliyindən Cavidan adlı bir oğlu var. Cavidan anası ilə birlikdə Fransada yaşayır. Azər hazırda ikinci dəfə ailə qurub. Bu nikahdan onun Ərcan adlı bir övladı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.