Şou-biznes

"Daxili orqanları tab gətirmirdi" - Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı - VİDEO - FOTO

27 Noyabr 2018 14:54
11 Şərh     Baxış: 10 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovdan bəhs edilib.

Milli.Az xəbər verir ki, proqramda dostları, qardaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb.

Rəşid Kazımov - Oğlu: "Məhəbbət Kazımov deyiləm, amma onun oğlu olduğumun bir ağırlığı var. Bunu duyub hərəkət etmək gözəl hissdir. İnsanlar musiqiçini itirdi, mən isə öz atamı. Səhv addımlarımda məni irəli aparan bir insan idi. Ən xoşuma gələn mahnısı "Bəh-Bəh" mahnısıdır. Yaxşı mənada atama rəhmət oxutdura bilirəmsə, bu, mənim uğurumdur. Rayon yerinə istirahətə gedəndə çay içiridik, 200 metr aşağıda "Laçınım" mahnısı gedirdi, bir az yuxarıda da atamın başqa mahnısı oxunurdu. Bu, çox gözəl hissdir.

"Laçınım" mahnısını oxuyanda çox kövrəlirdi. Təzyiqi bəzən çox qalxırdı. Bir dəfə "Laçınım" mahnısına toyda oynadılar mikrofonu qoyub toydan çıxmışdı. Deyirdi ki, bu mahnıya əl çalmayın. Ölümündən 4 il qabaq həkim oxumağı qadağan etmişdi. O qədər ürəkdən oxuyurdu ki, daxili orqanları tab gətirmirdi. Anam dedi ki, hər şeyi qadağan etdirə bilərsən, amma oxumağı yox. Evdən çıxanda anam dedi ki, atamın vəziyyəti pisləşib. Təcili tibbi yardım maşını gələndə artıq ruhunu tapşırmışdı. Mənə bu gec çatdı. Məhlədə baxıram adamlara, hiss etmirəm. Sinif yoldaşım Toğrulu görəndə özümü saxlaya bilmədim və qucaqlayıb ağladım. Əziyyətli ölüm görmədi. O baxımdan atamı xoşbəxt sayıram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Tab gətirmirdi" - Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.