Şou-biznes

İstanbulda əməliyyat olunan Vüsalə Əlizadə səhhətindən danışdı - FOTO

21 Noyabr 2018 12:15
5 Şərh     Baxış: 4 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu neçə gün ərzində məndən narahat olan soruşan, xəbər alan, dua edən hər kəsə sonsuz təşəkkür edirəm, var olun, daima əziz olun, Allah sizi, ailənizi, əzizlərinizi qorusun. Xoşbəxt insanam ki, məni sevən ailəm, əzizlərim, dünya malına dəyən balam, dəyərli dostlarım və ən əsası məni hər sınaqdan alnıaçıq üzüağ çıxaran Allahım var. Bu, hər kəsin başına gələ biləcək problemdir, əsas odur ki, Allahım bizi əlacı olmayan dərdlərlə sınağa çəkməsin".

Milli.Az publika-ya istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, qızı ilə fotosunu paylaşaraq özünü artıq yaxşı hiss etdiyini deyib:

"Hər zaman haqqımda xəbər yazılmasından qaçıram, media nümayəndələri gözəl bilir, bu xəbəri də sevimli rejissorum Həmid bəy ziyarətə gələndən sonra xəbərim olmadan paylaşıb ki, dostlar bilsin. Can ağrısı qədər ağır bir yük yoxdur həyatda, həyat bumeranqdır! Yenə də hər birinizə təşəkkürlər. Bu gün Vətənimdəyəm, inşallah, çox yaxşıyam şükürlər olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.