Şou-biznes

Türkiyədə əməliyyat olunan Vüsalədən xəbər var

20 Noyabr 2018 23:39
6 Şərh     Baxış: 3 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Türkiyəyə əməliyyat üçün gedən aparıcı Vüsalə Əlizadə vətənə geri dönür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Vüsalə özü məlumat verib.

O, səhhətinin hazırda yaxşı olduğunu qeyd edib:

"Can ağrısı qədər ağır bir yük yoxdur həyatda. Bu gün vətənimdəyəm, inşaAllah. Çox yaxşıyam, şükürlər olsun Allahıma".

Xatırladaq ki, "Dəb mənəm" verilişinin aparıcısının səhhətində bir neçə gün öncə problemlər yaranıb. Bunun üçün o, İstanbula yola düşüb. Vüsalə özəl xəstəxanaların birində əməliyyat olunub.
Qeyd edək ki, Vüsalə uzun illər əvvəl böyrəyindən əməliyyat olub. O, hazırda anasının böyrəyi ilə yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.