Şou-biznes

Təranə Səmədovaya ağır cəza istənilir

20 Noyabr 2018 23:37
13 Şərh     Baxış: 6 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən zərərçəkmiş şəxslər tərəfindən də apellyasiya şikayəti verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar şikayətlərində T.Səmədovaya daha ağır cəza verilməsini tələb edirlər. İş üzrə məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, T.Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub.

Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.