Şou-biznes

"Üstümə su tökmüşdü..." - Rəhim Rəhimli

20 Noyabr 2018 12:48
2 Şərh     Baxış: 2 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Efirdə aparıcılar özlərini mədəniyyətsiz və tərbiyəsiz aparırlar. Çıxdığım iki-üç proqramda bunun şahidi oldum. Proqramlarda sənətçilərə münasibəti və davranışı gördüm. 5-6 ildir ki, verilişlərə getmirəm. Bir televiziya proqramına çıxmışdım. Aparıcı üstümə su tökdü, onu götürüb kənara qoydum. Həmin günü çox əsəbi idim, amma şou etdim". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli Murad Arifin aparıcılıq etdiyi "Popumuz var" adlı "Youtube" layihəsinə qonaq olarkən deyib. 

Rəhim proqramda deyib ki, Azərbaycan mentalitetinə uyğun biri deyil: "Mən mentalitetimizə uyğun biri deyiləm. Mentalitet sözünün anlamı başqadır. İndiki istəklərim və yaşadıqlarımla özümü orada görmürəm və bu mövzuya çox girmirəm". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.