Şou-biznes

Cavanşir Məmmədov məşhur pencəyindən danışdı: "İlk dəfə Əliağa Vahid, ondan sonra Süleyman Rüstəm və Brejnyev..."

19 Noyabr 2018 14:17
8 Şərh     Baxış: 2 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədov bir müddət öncə müzakirələrə səbəb olmuş qısaqol pencəyindən danışıb.

Milli.Az ölkə.az-a istinadən  xəbər verir ki, əməkdar artist Çingiz Əhmədovun aparıcılığıyla yayımlanan "Pram-şok" verilişində qonaq olan müğənni sözügedən stildə pencəyi Azərbaycanda ilk dəfə məşhur qəzəlxan Əliağa Vahidin geyindiyini diqqətə çatdırıb:

"Bu pencəyi Azərbaycana ilk dəfə Əliağa Vahid gətirib. Ondan sonra Süleyman Rüstəm, ardınca Brejnyev,  Brejnyevdən əvvəl isə Nikita Sergeyeviç Xruşov gətirib". 

Ç.Əhmədov isə, öz növbəsində, C.Məmmədova zarafatyana cavab verib:

"Heç onlar geyinəndə səsi belə çıxmamışdı".

C.Məmmədov bildirib ki, Yeni il çəkilişlərinə də həmin pencəklə qatılacaq:

"Sən elə təqdim etmisən ki, pencək hamının xoşuna gəlib. Söz verirəm ki, Yeni il çəkilişinə bu pencəklə gələcəyəm". 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.