Şou-biznes

Xatun yenə söz atdı

17 Noyabr 2018 11:23
7 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal səngimək bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi paylaşım edərək, qarşı tərəfə söz atıb:

"Gündəlik həyatda qarşılaşdığım, lakin bəzi hallarda nəzarət edə bilmədiyimiz şeylər var. Məsələn, yollardakı tıxaclar, mənasız mahnılar, kobud insanlar, yanlış anlaşılma, böhtanlar, yalanlar... aqil insanlar bu hadisələrə sakit yanaşar və nəzarət edə biləcəyinə cəmlənər. Onlar başa düşürlər ki, sakit düşüncə dərzi müdrüklüyün ən parlaq mirvarisidir".

Qeyd edək ki, Xatun Fatiməni qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında bundan sonra qalmaqal başlayıb. Rəqqasə müğənnini məhkəməyə verib. Fətəliyeva bildirib ki, onu məbləğ maraqlandırmır, şərti Xatunun efir vasitəsilə ondan üzr istəməsidir. Məhkəmə Fatimənin iddiasını qəbul etməyib. F.Fətəliyeva isə sona kimi gedəcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.