Şou-biznes

Rəqsanə xəstəxanaya yerləşdirilən qızından danışdı: "Çox çətindir..."

17 Noyabr 2018 11:05
8 Şərh     Baxış: 3 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova xəstəxanaya yerləşdirdiyi qızının səhhətinin yaxşı olduğunu deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bildirib ki, artıq əkizlərinin vəziyyəti düzəlir:

"Şükür artıq hər şey yaxşıdır. Cücələrimiz özlərinə gəlirlər. İnşallah, daha da yaxşı olacaqlar. Allah xəstə olan körpə balalarımıza şəfa versin, onlara heç nə olmasın. Onların xəstə olduğunu görmək çox çətindir".

Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Muhammed, qızına Mehrimah adını qoyub. Bir neçə gün əvvəl o, evə apardığı qızının gecə saat 3-də halı pisləşdiyini və yenidən xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Oğlu isə hələ də xəstəxanada saxlanılır.

Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.