Şou-biznes

"Maşın şou"dan imtina edən məşhurlarımız kimlərdir?

16 Noyabr 2018 17:12
3 Şərh     Baxış: 5 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Maşın şou"nun 17-ci sürətinin yayımlanma tarixi bəlli olub.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, ATV-də yayımlanacaq verilişin ilk efir günü dekabr ayına təsadüf edəcək. 18 gün davam edəcək verilişdə iştirakçı heyətinin ilkin siyahısı hazırdır. Əldə etdiyimiz məlumata görə 30 yaxın insana təklif göndərilib. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da.

Təklif edilənlər arasında müğənni Sevda Yahyayeva da var. Amma ifaçı işlərinin çoxluğundan şouda iştirak etməkdən imtina edib. Təklifdən imtina edən digər şəxslərdən biri də CVN TV-nin baş prodüseri Ülvira Qarayevadır. O, həftənin 7 günü işdə olduğuna görə bu təklifə müsbət baxmayıb. İştirakçı kimi adı hallanan digər məşhur isə müğənni Əhməd Mustafayevdir. Gənc müğənni Aysun İsmayılova isə nə hə, nə də yox cavabını verib. Belə ki, o, yenicə doğulmuş əkizlərin səhhətində yaranmış problemə görə qərarsız qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.