Şou-biznes

"Xatunun atası heç kimdən üzr istəməyib"

16 Noyabr 2018 17:04
4 Şərh     Baxış: 2 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal bitmir. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rəqqasənin "Xatunun atası məndən üzr istədi" sözlərinə qarşı tərəfdən cavab gəlib.

X.Əliyevanın köməkçisi Pənah Eldar bildirib ki, elə bir hal yaşanmayıb:

"Bu mövzuda qarşı tərəfin danışdıqları və yazdıqları uydurmadır. Xatun xanımın atası heç kimdən üzr istəməyib. Xatun xanım bu mövzuda haqlı olduğu halda nə özünün, nə də ailə böyüyünün üzr istəmək üçün bir səbəbi var.

"Üzr" mövzusu ayrı bir yalandı və qanun yolu ilə bunun axırına gediləcək.

O ki qaldı Xatun xanımın susmağına... Onun hər çağırılan efirə bu mövzu ilə çıxmağa ehtiyacı yoxdur. O, ən azı 1 və ya 2 dəfə açıqlamalar verib, dediklərinin də arxasındadır. Ucuz və cılız söhbətləri aydınlaşdırmağa nə onun vaxtı var, nə də o xarakterin adamıdır. Hər yazılanı reklama çevirmir. 

Məhkəmə işini qarşı tərəf başladıb. Sona kimi gediləcəksə, sona kimi də haqq özünü göstərəcək".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.