Şou-biznes

“Baş aktyorumuz müğənni olduğu üçün...”

16 Noyabr 2018 11:44
0 Şərh     Baxış: 2 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az day.az-a istinadla xəbər verir ki, rejissor Cavid Orucov (Dələ) "Taxta ayı" filmi barədə danışıb.

"Əgər Damlanın və bizim çəkdiyimiz əziyyəti nəzərə alsaq,  film çox uğurlu olacaq. Çünki böyük heyət və böyük əziyyət olub. Çalışdıq Azərbaycanın 90-dan bəri olmayan filmini çəkək. İnsanlar artıq yeni tipdə filmləri izləsinlər. Rasim Ocaqovun, Oqtay Mirqasımovun, Vaqif Mustafazadənin çəkdiyi tipdə filmləri gənc nəslə təqdim edək. Filmin hazırlıq müddəti 6 ay çəkdi.

Baş aktyorumuz müğənni olduğu üçün bəzi fasilələrlə çəkməli olduq. Amma filmin özünün çəkildiyi müddət 22 gün oldu. 3 gün əvvəl tam hazır oldu və  testdən keçdi. Test edənlər də bəyəndi. Ümidvarıq ki, izləyicilər də bəyənər. Filmin adını isə primitiv bir şey qoymaq istəmədik. Əsas simvolunun adını- "Taxta ayı"nı daha yaradıcı olsun deyə filmə ad olaraq qoyduq. Filmə baxdıqda da niyə "Taxta ayı" olduğunu anlayacaqsız".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.