Şou-biznes

Damla yeni "sevgilisi" ilə görüntüləndi: “Həyatımın anlamı..." - FOTO

16 Noyabr 2018 09:55
6 Şərh     Baxış: 13 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və mən xoşbəxtəm ki, günümüzün canlı karifeyləri ilə birgə rol almışam

Milli.Az day.az-a istinadla xəbər verir ki, bunu "Taxta ayı" fimində rol alan müğənni Damla deyib.

Damla bu filmlə insanları kövrəldə biləcəyini dilə gətirib: ""Taxta ayı" həyatımın anlamı olan insan taxdadan balaca oyuncaqlar düzəldir və mənə olan sevgisini elə göstərir. Düşünürəm ki, bu filmlə biz insanları kövrəldə biləcəyik. 6 ay hazırlaşdığımız və 2 aya çəkilən filmin həyəcanını yaşayıram. Günün istisində, havanın küləyində, yağışında çəkilən ən əsası isə qışqırma səhnələrinə görə səsimin batması, günlərlə xəstə yatmağım bütün bunların tam hesabatını bu gün verəcəm. İnşallah, xeyirli uğurlu olar, inanıram sarı simə toxuna biləcəyik. Çünki dövrün ən qaymaq aktyor, aktrisaları - canlı əfsanələri ilə birgə yaxşı bir film təqdim edəcəyik. Film pik həddə olan dramadır. Tamaşaçı gəlib deməyəcək ki, püf... bu, nə filmdir, azərbaycanlılar film çəkə bilmir. Əminəm ki, bu olmayacaq. Filmin rejissoru "Dələ" ləqəbi ilə tanıdığımız Cavid Oucovdur. Həmiçinin, Mehriban Xanlarova, İlqar Cahangir və digər aktyor və aktrisalar çəkilmişdir. Və mən xoşbəxtəm ki, günümüzün canlı karifeyləri ilə birgə rol almışam. O ki qaldı madiyyat məsələsinə, mən filmlə bağlı, sadəcə, dram janrında olacağına dair açıqlama vermişəm. Onun bahalı olub-olmadığına dair heç bir ifadə işlətməmişəm. 

Qeyd edək ki, filmdə Rüfət Nəzər və Damla sevgili rolunu oynayıblar və sonda evlənirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.