Şou-biznes

Məhkəmə Fatimənin iddiasını rədd edibmiş - Xatun yalanı üzə çıxardı

15 Noyabr 2018 23:41
6 Şərh     Baxış: 2 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun Əliyeva rəqqasə Fatimə Fətəliyevanın yalanını üzə çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Xatun məhkəmə qərarının şəklini rəsmi səhifəsində paylaşaraq Fatimənin ona qarşı qaldırdığı iddianın rədd edildiyini sübut edib.

İfaçı fotonun altına bu sözləri yazıb:

"Dünən Fatimə Fətəliyeva kütləvi informasiya vasitələri ilə bildirib ki, guya mən ondan üzr istəməliyəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Fatimənin dedikləri ağ yalan və uydurmadır. Hesab edirəm ki, məni sevən və sevməyən tamaşaçılara belə dezinformasiyalar verib onları aldatmaq olmaz!!! Mən hər zaman doğruları söyləyirəm və bugün də sizə reallığı təqdim edirəm".

Qeyd edək ki, Xatun Fatiməni qohumunun toyuna dəvət edib, amma onlar məbləğdə razılaşmayıblar. Sənətçilər arasında bundan sonra qalmaqal başlayıb. Rəqqasə müğənnini məhkəməyə verib. Fətəliyeva bildirib ki, onu məbləğ maraqlandırmır, şərti Xatunun efir vasitəsilə ondan üzr istəməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.