Şou-biznes

Faytonçu Nazim: "İkinci həyatımı yaşayıram"

15 Noyabr 2018 20:48
3 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faytonçu Nazim noyabrin 29-da Heydər Əliyev Sarayında keçiriləcək "Darıxmışam, Bakıdan danış" adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Milli.Az Publika.ya istinadən xəbər verir ki, media nümayəndələrini Beynəlxalq Mətbuat Mərkəzində başına toplayan ifaçı qonaqların müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağını bildirib:

"İkinci həyatımı yaşayıram, həm də 50 illik yubileyimdir. Gecənin "Darıxmışam, Bakıdan danış" adlanmasının da bir mənası var. Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim".

Konsertlə bağlı danışan müğənni konsertdə tamaşaçıları bir çox sürprizlərin gözlədiyini qeyd edib: "Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək. Gecənin sürpriz qonağı isə Ísrailin taninmish müğənnisi Liora olacaq".

Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq.

Faytonçu Nazimin konsertinin biletlərin qiyməti 10-80 manat arasında dəyişir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.