Şou-biznes

Xatirə: "Arıq olsam, bundan da açıq geyinərdim" - FOTO

16 Noyabr 2018 07:41
4 Şərh     Baxış: 4 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam "5/5" verilişinə geyindiyi qalmaqallı libasından danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, tez-tez geyimləri ilə gündəmə gələn sənətçi bildirib ki, hələ çəkisinə görə ürəyi istəyəni geyinə bilmir. 

Xatirə arıqlayıb, daha da cəsarətli libaslar geyinmək arzusunda olduğunu söyləyib:

"Geyimlərimə hər zaman fikir verirəm. Nəyin mənə olduğunu, nəyin olmadığını bilirəm. Evdə nəyə icazə verilmədiyini də başa düşürəm. Elə modellər var ki, balıq ətliyəm, mənə yaraşmır. Çox istəyərdim ki, heç olmasa 10 kiloqram arıq olum. Bundan da açıq, dəbli paltarlar geyinərdim. Həmişə deyirəm ki, nə olar səhər durum ki, 10 kiloqram arıqlamışam. Evdə deyirlər ki, elə demə, xəstələnərsən. Deyirəm, yox, xəstəliksiz arıqlamaq istəyirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.