Şou-biznes

Zenfira jurnalisti döyməklə hədələdi: "Elə etmə səni vurum" - VİDEO

14 Noyabr 2018 22:10
14 Şərh     Baxış: 9 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zenfira İbrahimova jurnalist Pərviz Hüseynlə mübahisə edib. 

Milli,Az axşam.az-a istinadən xəbər verir ki, hadisə rəqqasə Fatimə Fətəliyevanın klip təqdimatında baş verib. Zenfira onun türkiyəli ifaçı Yıldız Tilbenin konsertindəki ifasından yazan jurnalisti tənqid etməyə başlayıb. 

İbrahimovanı qıcıqlandıran yazıda qeyd edilən "Zenfira səhnəyə çıxaraq əvvəlcə Yıldız Tilbeni tərifləyib, sonra mahnı ifa edəcəyini deyib. Tilbe isə əvvəlcə Zenfira ilə duet oxumaq istəsə də, sonra onun səsini eşidən kimi istəyindən vazkeçib və kənarda oturub. Zenfira bir mahnı ifa etdikdən sonra narazı ifadə ilə səhnədə qalan Yıldıza ikinci mahnını duet oxumaq istədiyini deyib, lakin müğənni Zenfiraya reaksiya verməyib. Sonda Zenfiraya alqış istəyən Yıldız konsertinə davam edib" sözləri olub. 

Müğənni jurnalistə bildirib ki, bu cümlələrlə onu təhqir edib. Daha sonra Zenfira ondan dərhal yazını silməsini tələb edib. Bunu etməyəcəyini deyən Pərvizi ifaçı əvvəlcə məhkəmə ilə hədələyib:

"Gəlib məhkəmədə mənə yalvarmayacaqsan ki? Sən elə belə danışacaqsan?".

Jurnalistin "Sizin ərizniz (idmançı Anar Heydərov - red.) məni öldürməklə hədələyib, əlimdə mesajları da var. Lazım gəlsə, mən onu məhkəməyə verərəm. Nə istəyirsiz edin" cavabını verib. 

Buna daha da əsəbiləşən müğənni jurnalisti vurmaqla təhdid edib:

"Nəyə layiqsən o cür danışıram. Vuraram düşərsən yerə. Yerini bil. Məni məcbur etmə səni vurum camaatın içində. Zenfiranı kimləsə səhv salma, səviyyəsiz".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Zenfira jurnalisti döyməklə hədələdi:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.