Şou-biznes

Rəqsanə: "Dözə bilmirəm" - VİDEO

14 Noyabr 2018 14:01
36 Şərh     Baxış: 13 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın yeni doğulan qızı Mehrimahın halı pisləşib.

Milli.Az sia-ya istinadən xəbər verir ki, sənətçi xəstəxanadan görüntü paylaşaraq, övladı üçün izləyicilərindən dua istəyib: "Bu böyüklükdə dəhliz mənə dar gəlir. Böyük adamın dili var, danışır, dərdini deyir. Amma bu dilsiz-ağızsız körpələr deyə bilmir. Tanrım özü kömək olsun. Həyatımda o qədər çətinliklərdən keçmişəm, yıxılmışam, qalxmışam. Çox sınayıb məni həyat. Yenə də ayaqda durmağa güc tapmışam. Sınmamışam. Daha da möhkəmlənmişəm. Amma bu, necə çətin sınaqdır. Taqətim yoxdu, dözə bilmirəm, bacarmıram. Güclü qadından əsər-əlamət yoxdur. Ana üçün o qədər çətindir. Ümidim Allahadır. Bircə dua, səbr...".

Xatırladaq ki, Rəqsanə ilk dəfə "Hər şey daxil" verilişinə zəng edərkən qızının vəziyyəti haqda məlumat verib. O bildirib ki, oğlu xəstəxanada qalıb, qızını isə evə gətirib: "Gecə saat 3-də qızın halı pisləşdi, yenidən xəstəxanaya apardıq. İndi də xəstəxanadayam. Uşaqlar vaxtından əvvəl dünyaya gəlib və çəkiləri normal deyil. Oğlan 1 kq 300 q, qız isə 1 kq 450 qramdır. Bu səbəbdən uşaqlar tam olaraq özlərinə gələ bilmirlər. Oğlan aparata qoşulub, qız isə normal idi, halı pisləşdi".

Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Muhammed adını qoyub.

Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Rəqsanə xəstəxanadan paylaşım etdi:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.