Şou-biznes

Sərxoş aktrisa bunu etdiyi üçün hoteldən qovuldu - FOTO

14 Noyabr 2018 13:29
3 Şərh     Baxış: 4 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktrisa Gizem Karaca hoteldən qovulub.

Milli.Az publika-ya istinadən xəbər verir ki, bir neçə ay əvvəl narkotik ticarəti ilə məşğul olmaqda ittiham edilən aktrisa "Bizim Semtin Çocukları" filmin çəkilişləri üçün Fethiyeyə yollanıb. O, qaldığı hoteldə spirtli içki qəbul edib. İddialara görə, sərxoş aktrisa hotelin içində qışqırmağa başlayıb.

Əvvəlcə aktrisanı hotel işçiləri sakitləşdirməyə çalışıb, sonra isə filmin heyəti məsələyə müdaxilə edib. Ancaq mübahisə daha da böyüməyə başlayıb. Hotel rəhbərliyi özünü apara bilməyən və müştəriləri narahat edən içkili kino ulduzunun hoteldən çıxıb getməsini tələb edib. Bundan sonra o, başqa bir hotelə yerləşib.

Qeyd edək ki, Gizem Karaca "Bizim Semtin Çocukları" filmindəki tərəf müqabili Ümid Kantarcıdır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.