Şou-biznes

Realda kök, İnstaqram-da arıq - Şəbnəmin fotoşop sevgisi - FOTO

14 Noyabr 2018 12:57
1 Şərh     Baxış: 5 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) son günlər fotoları ilə müzakirələrə səbəb olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir çox tədbirlərdə fotoqraflar tərəfindən görüntülənib. Amma nədənsə ifaçı özünün paylaşdığı şəkillərdə daha arıq görünür. Fotoqrafların lentə aldığı şəkillərdə isə sənətçinin xeyli artıq çəkisinin olduğu diqqətdən qaçmır. 

Şəbnəm özü də yayımladığı fotolarında hər dəfə fərqli ölçüdə görünür. Müğənni fotoşopdan istifadə edərək düzəltdiyi görüntülərində özü də bir ölçünü "tutuzdura" bilmir. Bəzən Əsədova özünü çox arıq, bəzənsə orta çəkidə edir.

Hətta sənətçinin bəzi şəkillərdə boyunu da uzatdığı diqqətdən qaçmayıb. Şəbnəm özünü çox arıqlatdığı şəkillərini paylaşanda isə şərh yerini bağlayır.

Qeyd edək ki, son günlər ifaçıların əksəriyyəti şəkillərini fotoşop etməklə gündəmə gəliblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.